BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İmperiya məkri, Bəy uzaq görənliyi!!!

18:36 / 05-06-2017   /   baxış - 184

Hər kəsin 4 iyun qiyamına  bir baxış tərzi var. Mənim də öz baxışım. Bu proseslərdə çoxları günahlandırılır, çoxları ittiham edilir yaxud ittiham edir. Mənim fikrimcə  4 İyun qiyamı Azərbaycan istiqlalına yönəlik qara xətt idi. Prezident Elçibəy hakimiyyətdən imtina edərək əslində Rusiyanın planını pozdu. Rusiya tam mararetka bir rejim yaradaraq öz "canişini" vasitəsi ilə Azərbaycanı idarə eləmək istəyirdi. Bu prosesdə  silahlı “sürətçilər” ilə cəbhəçilər arasında qanlı toqquşmalar olmalı, hətta ara qarışdıqdan sonra az-çox formalaşmış demokratik siyasi elitada kim vurduya aradan götürülməli idi. Bəy həm də bilirdi ki, Naxçıvanda oturmuş H.Əliyev hakimiyyət üçün alışıb-yanır. İradəsi Moskvanın əlində olanlardansa H.Əliyev bir "b" planı kimi nəzərdə saxlanılırdı. Bütün mümkün hallara əl atdıqdan sonra, komandanın da qiyamçılara dalbadal məğlubiyyətindən sonra Elçibəy hakimiyyəti yumşaq ötürmə ilə ötürərək Bakını tərk elədi. Çoxları bəyi bütün bunlara görə ittiham eləyir. Amma soyuq başla düşünəndə Elçibəy Rusiyanın planını pozaraq rus qoşunlarının Azərbaycana qayıdışının və Rusiyanın iradəsinin tam təmin edilməsinin( hətta hakim olmasının) qarşısını aldı. O, Rusiyanın canişinlərini oyundan kənar vəziyyətdə saxlayaraq Rusiya ilə əlaqəsi daha yaxşı olan birinə top ötürməsi etdi. Yani pislərin içində daha yaxşısı misalı.  Sonrakı illərdə Azərbaycan müstəqil dövlətini saxlaya bildi. Demokratik siyasi elita basqı altında olsa da məhvdən yayındı. Doxsanıncı illərin sonunda və 2003-cü ildə məhz həmin sağ qalan  elita yenidən hakimiyyətə gəlməyin bir addımlığında idi. Deməli Elçibəy ölkənin suverenliyini və hərəkatı qorudu. Düzdür insan haqqları durumu, demokratik durum kölgə altına düşdü. Ərazi bütövlüyü təmin edilmədi, əksinə əlavə itkilər oldu. Bəs bunları kimin hesabına yazaq???  Bayaq yuxarıda qeyd elədim ki, prezident məcburiyyətdən pislərin içində daha yaxşısına kompramisə gedib. Sadalanan bütün neqativ hallara görə isə həmən dövrün hakimiyyəti məsuliyyət daşıyır.

4 İyun məğlubiyyət olsa da, həmdə bir qalibiyyətdir. 4 İyunda Elçibəy, onun komandası və Azərbaycan tamamı ilə uduzmalı idi. Bəy peyğəmbər əxlaqı nümayiş elətdirərək bütün "günahları" və məsuliyyətləri öz üzərinə götürdü və imkan vermədi ki, Azərbaycan uduzsun. Uduzan Elçibəy oldu....

Elvin Turan



Dilavər Əzimli: Mehriban Vəzirin BAO-ya gəlişi gücümüzü birə-beş artırdı
00:14 / 16-01-2018
DOĞUM GÜNÜ TƏBRİKİ
23:06 / 15-01-2018
BAŞSAĞLIĞI
18:19 / 07-01-2018
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
18:32 / 30-12-2017
Təbriz və Urmiyə şəhərlərində “26 Azər” Günü münasibəti türkcə kitablar paylanılıb - GÖRÜNTÜ
22:21 / 18-12-2017
BAO-çular İraq Türkləri və Yardımlaşma Dərnəyində olublar
20:34 / 08-12-2017
BAO-çular İstanbulda “21 Azər” hərəkatı ilə bağlı tədbirə qatılıblar
20:13 / 08-12-2017
9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək
00:50 / 08-11-2017
Nəcəfalı Cahangirli: “İnanmıram ki, Qabil Hüseyinli belə müsahibə versin”
22:26 / 09-09-2017
Türk Bölgələri Fraksiyası Elm, tədqiqat və texnologiyalar nazirinin Azərbaycandan seçilməsini istəyir – Urmiyənin millət vəkili
23:52 / 07-09-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
18:10 / 31-08-2017
Test üsulu ləğv ediləcəkmi?
09:15 / 24-08-2017
Ermənistan ordusunun hərbçisi öldü
17:00 / 21-08-2017
Xətaidə şəhid parkında büstü dağıdıb yerində pivəxana açdılar — ŞİKAYƏT
17:55 / 09-08-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
10:22 / 26-07-2017
Zəhralar ölməsin
23:33 / 07-07-2017