BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Təbriz və Urmiyə şəhərlərində “26 Azər” Günü münasibəti türkcə kitablar paylanılıb - GÖRÜNTÜ

22:21 / 18-12-2017   /   baxış - 376

Təbriz və Urmiyə şəhərlərində “26 Azər” Günü münasibəti türkcə kitablar paylanılıb - GÖRÜNTÜ

71 il əvvəl Milli Hökumət süqut etdikdən sonra pəhləvi ordusu Güney Azərbaycanı işğal edərək minlərlə insanı qətliam etdikdən sonra tarixin ən böyük mədəni soyqırımlarının birini həyata keçirib.

1946-cı il dekabrın 17-i, “26 Azər” və ya “kitabların yandırılması və mədəni soyqırım” adı ilə tarixə düşüb. Məhz bu günün 71-ci ildönümündə təhlükəsizlik qüvvələrinin bütün təzyiqlərinə baxmayaraq Təbriz və Urmiyə şəhərlərində yerli əhali arasında türkcə kitablar paylanılıb.

 

Təbrizdə türk dilində olan kitabların əksəriyyəti Saat Meydanında yandırıldığı üçün, fəallar məhz bu tarixi yerdən kitab paylamağa başlayıblar. Onlar ətraf xiyabanlara yayılaraq uşaqlara ana dilində yüzlərcə hikayə kitabları hədiyyə ediblər.

 

Təbriz

 

Urmiyə şəhərində də mərkəzi xiyabanlarda uşaqlara ana dilində çap olunmuş çox sayda kitablar hədiyyə edilib.

 

Urmiyə

 

Dekabrın 12-i - Milli Hökumətin quruluşunun 72-ci ildönümü günündə də Urmiyənin uşaq bağçalarında uşaqlar arasında türkcə hikayə kitabları paylanılmışdır.

 

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Lakin Milli Hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süqut edib. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

 

Milli Hökumət 1946-cı il dekabrın 12-də süquta uğradıqdan sonra pəhləvi rejiminin işğalçı ordusu bir neçə gün ərzində minlərlə insanı qətliam edib, dekabrın 17-də (Azərin 26-ı) “ana dili” adı ilə çap olunmuş bütün kitablar və türk dilində yazılmış digər kitabları hər kəsin gözü qarşısında yandırıb. Bəzi mənbələr 1946-cı il dekabrın 12-dən 17-dək 25 mindən çox azərbaycanlının edam edildiyini, 70 min nəfərin öz yurd-yuvasından didərgin düşdüyünü yazır.

 

Təbriz:

 

 

 

Urmiyə:

 

 

GünAz TV.

 



Şəhidlər Xiyabanına ziyarət yürüşü təşkil ediləcək
11:04 / 20-01-2018
Zəka Sahib: Erməni dəstəkçisi olan Xamneyiyə “böyük rəhbər”, “Seyid Əli Xamneyi ağa” deməyiniz heç də hörmətdən irəli gəlmir
20:29 / 18-01-2018
Dilavər Əzimli: Mehriban Vəzirin BAO-ya gəlişi gücümüzü birə-beş artırdı
00:14 / 16-01-2018
DOĞUM GÜNÜ TƏBRİKİ
23:06 / 15-01-2018
BAŞSAĞLIĞI
18:19 / 07-01-2018
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
18:32 / 30-12-2017
BAO-çular İraq Türkləri və Yardımlaşma Dərnəyində olublar
20:34 / 08-12-2017
BAO-çular İstanbulda “21 Azər” hərəkatı ilə bağlı tədbirə qatılıblar
20:13 / 08-12-2017
9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçiriləcək
00:50 / 08-11-2017
Nəcəfalı Cahangirli: “İnanmıram ki, Qabil Hüseyinli belə müsahibə versin”
22:26 / 09-09-2017
Türk Bölgələri Fraksiyası Elm, tədqiqat və texnologiyalar nazirinin Azərbaycandan seçilməsini istəyir – Urmiyənin millət vəkili
23:52 / 07-09-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
18:10 / 31-08-2017
Test üsulu ləğv ediləcəkmi?
09:15 / 24-08-2017
Ermənistan ordusunun hərbçisi öldü
17:00 / 21-08-2017
Xətaidə şəhid parkında büstü dağıdıb yerində pivəxana açdılar — ŞİKAYƏT
17:55 / 09-08-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
10:22 / 26-07-2017