BÜTÖV AZƏRBAYCAN OCAQLARI
‘’Ustad Şəhriyar’’ mövzusunda tədbir keçirildi.

18:06 / 15-05-2017   /   baxış - 214

313 saylı tam orta məktəbdə ‘’Ustad Şəhriyar’’ mövzusuna həsr olunmuş tədbir keçirildi.
Bao.az x'b'r verir ki, tədbir “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Ümumi təhsil müəssisələrində tarix dərslərinin ictimai və yaradıcı şəkildə təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Dövlət himni ilə başlayan tədbir məktəb şagirdlərinin təşkil etdiyi səhnəciklə davam etdi. Şagirdlər Məhəmmədhüseyn Şəhriyarın ədəbi yaradıcılığından şeirlər söylədilər.
313saylı məktəbin direktoru Zakir Bayramov gələn qonaqaları salamlayaraq Türk dünyasının görkəmli tarixi şəxsiyyəti Məhəmmədhüseyn Şəhriyarın ədəbiyyatımızda və tariximizdə oynadığı roldan söz açdı.Daha sonra Azərbaycanın Güney ədəbiyyatının araşdırıcısı, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, aparacı mütəxəssis Pərvanə Məmmədli çıxış edərək Məhəmmədhüseyn Şəhriyarın həyat və fəaliyyətinə toxundu. Qeyd etdi ki, Məhəmmədhüseyn Şəhriyara ədəbi fəlaiyyətinə görə sağlığında “Hafizi Sani” ləqəbi verilmiş, XX əsrin ən görkəmli şairi yüksək qiymətləndirimişdir. O, daha sonra bildirdi ki, Məhəmmədhüseyn Şəhriyar fars dilində yazdığı şeirlərində də milliyi təbliğ etmiş və bu dildə yaratdığı sənət nümunələrinə Türk ruhunu daşımışdır. Onun yaradıcılığında Türk dilində yaratdığı əsərlər mühüm əhəmiyyət kəsb edir.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, aparıcı mütəxəssi Dilavər Əzimli çıxış etdi.Məhəmmdəhüseyn Şəhriyarın yaradıcılığına tarixi baxımdan yanaşdı.
Tədbirdə Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi Rauf Həsənov və Bakl Şəhər Təhsil İdarəsinin nümayindəsi Şirindil Əhmədov çıxış edərək tədbir təşkilatçılarının fəaliyyətini yüksək qiymətləndirdilər.
Sonda ictimai birliyin rəhbəri Araz Şamilov tədbir iştirakçılarına minnətdarlığını bildirdi və bu layihə çəçivəsində yeni-yeni tədbirlər həyata keçiriləcəyini söylədi.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsad orta məktəblərdə şagirdlərin tarix dərsinə marağını artırmaqla yanaşı, onlarda fitri istedadı aşkarlamaq, dərslərin interaktivliyini təşkil etmək, uşaqların dünyagörüşünü və özünə inamını artırmaq və gələcək nəslin milli – mənəvi dəyərləri öyrənmək istiqamətində inkişaf etdirməkdir.



Nəcəfalı Cahangirli: “İnanmıram ki, Qabil Hüseyinli belə müsahibə versin”
22:26 / 09-09-2017
Türk Bölgələri Fraksiyası Elm, tədqiqat və texnologiyalar nazirinin Azərbaycandan seçilməsini istəyir – Urmiyənin millət vəkili
23:52 / 07-09-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
18:10 / 31-08-2017
Test üsulu ləğv ediləcəkmi?
09:15 / 24-08-2017
Ermənistan ordusunun hərbçisi öldü
17:00 / 21-08-2017
Xətaidə şəhid parkında büstü dağıdıb yerində pivəxana açdılar — ŞİKAYƏT
17:55 / 09-08-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
10:22 / 26-07-2017
Zəhralar ölməsin
23:33 / 07-07-2017
Erməni ordusu darmadağın edildi: Xeyli canlı qüvvə və döyüş texnikası məhv edildi – RƏSMİ
23:20 / 07-07-2017
Ermənilərin qətl etdiyi Azərbaycanlı uşaqların STATİSTİKASI
22:35 / 07-07-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
22:09 / 01-07-2017
Elçibəyin doğum günü münasibətiylə “Elçibəy-79” adlı ədəbi-bədii tədbir keçiriləcək
23:42 / 12-06-2017
“Yaddan çıxmaz Qarabağ...”
18:39 / 08-06-2017
22 may 2006-cı il Guney Azərbaycan azadlıq mübarizəsinin yeni mərhələsinin başlanmasıdır
20:17 / 05-06-2017
Tarixi ərazimiz olan İrəvanı hansı şərtlə ermənilərə güzəştə getdik?
18:53 / 05-06-2017
İmperiya məkri, Bəy uzaq görənliyi!!!
18:36 / 05-06-2017