BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO-nun sıraları ölkə xaricində də genişlənir. Türkiyədə yeni ocaqlar yaranır

23:53 / 20-01-2017   /   baxış - 235

BAO-nun İstanbul üzvləri

 

Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları özündə birləşdirən Bütöv Azərbaycan Ocaqları (BAO) öz sıralarını tək ölkə daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da genişləndirməkdə davam edir.

Belə ki, bu günlərdə Türkiyənin İstanbul şəhərində yaşayan soydaşlarımız da BAO-ya qatılmaq üçün təşəbbüs göstəriblər. Azərbaycanın quzeyi və güneyindən, hətta biri Türkiyə vətəndaşı olmaqla 8 nəfərdən ibarət  fəal gənc İstanbul şəhərindən BAO-nun sıralarına qatılmaq və adı çəkilən şəhərdə BAO-nun Yerli Ocağını yaratmaq məqsədi ilə BAO-ya müraciət  göndəriblər.

Edilən müraciətə baxıldıqdan və müsbət rəy verildikdən sonra İstanbul şəhərində BAO-nun Yerli Ocağı yaradılmış və Ocağın ilk iclasında Azərbaycanın Güneyindən (Miyanadan) olan Babək Türkoğlu Ocaq başqanı seçilmişdir.

Yaranmış yerli ocağın üzvlərinin əksəriyyəti Türkiyədə təhsil alan tələbələrdir.

BAO-nun İstanbul Yerli Ocağının tərkibi aşağıdakı üzvlərdən və məlum səbəbdən adını çəkə bilmədiyimiz daha 2 nəfər güneyli şəxsdən ibarətdir:

Babək Türkoğlu (Ocaq başqanı, Azərbaycanın Güneyindən)

Samir Dərələyəzli (Azərbaycanın Quzeyindən)

Taleh Şirəliyev (Azərbaycanın Quzeyindən)

Nahid Həsənli (Azərbaycanın Quzeyindən)

Coşğun Məmmədli (Azərbaycanın Quzeyindən)

Yıldız Şefiq (Türkiyə vətəndaşı)

Bütöv Azərbaycan Ocaqları olaraq yeni yaranmış İstanbul Yerli Ocağının Başqanı Babək bəyi və digər üzvləri bu münasibətlə təbrik edir, onlara Milli-mücadiləmizdə mübarizə əzmi və uğurlar diləyirik.

Qeyd edək ki, yaxın günlərdə Türkiyənin digər bölgələrində də BAO-nun Yerli Ocaqlarının yaradılması və Ocaq üzvlərinin sayının artırılması, burada fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.

Onu da bildirək ki, Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan BAO-nun əsas məqsədi Azərbaycan türklərinin öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır. BAO bu yolda əsas maneə olan şovinizmə və imperializmə qarşı mübarizə aparır.Azərbaycan türklərini öz milli haqları uğrunda müba­rizəyə cəlb edir, türk milli şüurunu inkişaf etdirmək üçün təbliğat aparır, bu məqsədlə dəyirmi masalar, dərnəklər, konfranslar, mühazirələr, seminarlar, görişlər və b. tədbirlər  və aksiyalar təşkil edir.

BAO İnformasiya Xidməti

20.01.2017



Zəhralar ölməsin
23:33 / 07-07-2017
Erməni ordusu darmadağın edildi: Xeyli canlı qüvvə və döyüş texnikası məhv edildi – RƏSMİ
23:20 / 07-07-2017
Ermənilərin qətl etdiyi Azərbaycanlı uşaqların STATİSTİKASI
22:35 / 07-07-2017
DOĞUM GÜNÜ TƏBRİKİ
22:09 / 01-07-2017
Elçibəyin doğum günü münasibətiylə “Elçibəy-79” adlı ədəbi-bədii tədbir keçiriləcək
23:42 / 12-06-2017
“Yaddan çıxmaz Qarabağ...”
18:39 / 08-06-2017
22 may 2006-cı il Guney Azərbaycan azadlıq mübarizəsinin yeni mərhələsinin başlanmasıdır
20:17 / 05-06-2017
Tarixi ərazimiz olan İrəvanı hansı şərtlə ermənilərə güzəştə getdik?
18:53 / 05-06-2017
İmperiya məkri, Bəy uzaq görənliyi!!!
18:36 / 05-06-2017
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
20:11 / 01-06-2017
Rusiyaya qarşı yeni hərbi ittifaq: Azərbaycan da var
21:34 / 15-05-2017
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağa gedib
21:28 / 15-05-2017
‘’Ustad Şəhriyar’’ mövzusunda tədbir keçirildi.
18:06 / 15-05-2017
CƏBHƏ XƏBƏRLƏRİ
09:44 / 12-05-2017
Erməni əsgəri öldü
16:34 / 10-05-2017
Rusiyanın anti-Azərbaycan siyasəti
14:05 / 10-05-2017