BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO-nun sıraları ölkə xaricində genişlənməyə davam edir. Türkiyənin İstanbul şəhərindən sonra Giresun şəhərində də BAO-nun yerli ocağı yaradılıb

22:40 / 23-01-2017   /   baxış - 131

BAO-nun Giresun üzvləri

 

Daha öncə bildirdiyimiz kimi Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları özündə birləşdirən Bütöv Azərbaycan Ocaqları (BAO)  öz sıralarını tək ölkə daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da genişləndirməkdə davam edir.

Bir neçə gün öncə Türkiyənin İstanbul şəhərində BAO-nun İstanbul Yerli Ocağı yaranması haqqında məlumat verilmişdi. Bu dəfə isə Giresun şəhərində də yaşayan soydaşlarımız BAO-nun haqq səsinə səs veriblər. 10 nəfərdən ibarət  fəal gənc Giresun şəhərindən BAO-nun sıralarına qatılmaq və adı çəkilən şəhərdə BAO-nun Yerli Ocağını yaratmaq məqsədi ilə BAO-ya müraciət  göndəriblər.

Edilən müraciətə baxıldıqdan və müsbət rəy verildikdən sonra yaradılan Giresun Yerli Ocağı ilk iclaslarını keçirərək Tural Cəlilzadəni Ocaq başqanı seçiblər.

Yaranmış Yerli Ocağın üzvlərinin əksəriyyəti Türkiyədə təhsil alan tələbələrdir.

BAO-nun Giresun Yerli Ocağının tərkibi aşağıdakı kimidir:

1. Tural Cəlilzadə (Ocaq başqanı)

2. Əlyar Şərifov

3. Pərviz Şərifov

4. Sərvər İbrahimov

5. İsmayıl Ağabəyli

6. Cəlil Cəlilzadə

7. Aqil Quliyev

8. Murad Talıblı(Azərbaycanın Güneyindən)

9. İxtiyar Mehdiyev

10. Nihad Vəliyev

Bütöv Azərbaycan Ocaqları yeni yaranmış Giresun Yerli Ocağının Başqanı Tural bəyi və digər üzvləri bu münasibətlə təbrik edir, Milli-mücadiləmizdə mübarizə əzmi və uğurlar diləyir.

Qeyd edək ki, Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan BAO-nun əsas məqsədi Azərbaycan türklərinin öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır. BAO bu yolda əsas maneə olan şovinizmə və imperializmə qarşı mübarizə aparır.Azərbaycan türklərini öz milli haqları uğrunda müba­rizəyə cəlb edir, türk milli şüurunu inkişaf etdirmək üçün təbliğat aparır, bu məqsədlə dəyirmi masalar, dərnəklər, konfranslar, mühazirələr, seminarlar, görişlər və b. tədbirlər  və aksiyalar təşkil edir.

Son olaraq bildiririk ki, Türkiyədə və başqa ölkələrdə yaşayan soydaşlarımızdan BAO-nun Yerli Ocaqlarının yaradılması haqqında yeni müraciətlər var və bu müraciətlərə baxılır.

Bao.az

 



Qondarma rejimin keçmiş “müdafiə naziri” həbs olunub
11:22 / 23-03-2017
Faiq Ələkbərli Ankarada Türk Birliyindən, Konyada isə Alparslan Türkeşdən danışacaq
22:51 / 17-03-2017
BAO rəhbərliyi akademik Çingiz Qacarla görüşüblər
22:19 / 12-03-2017
Azərbaycan təkmillətli ölkədir - Odər Sərdar
15:37 / 07-03-2017
Azərbaycan Bayrağından Türklük rəmzini heç kəs çıxarda bilməz! - Faiq Ələkbərli
16:38 / 02-03-2017
İstanbulda Xocalı soyqırımı anılıb
00:57 / 27-02-2017
BAŞSAĞLIĞI
23:31 / 19-02-2017
BAO rəhbərliyi Özbəkistan diaspor təşkilatının sədriylə görüşdü
22:19 / 07-02-2017
Şəhid əsgərimizin nəşi geri qaytarılıb
13:44 / 05-02-2017
BAŞSAĞLIĞI
00:55 / 05-02-2017
Sərkisyan Tehranda – düşmənin Bakıya yeni ismarışı
19:48 / 02-02-2017
Millət vəkili Q.Paşayeva nəşi işğalçı Ermənistan tərəfindən ölkəmizə verilməyən Çingiz Qurbanovla bağlı MM-dən beynəlxalq təşkilatlara müraciət edib
15:04 / 02-02-2017
Elxan Şahinoğlu: “Bu, Azərbaycanın bir mesajıdır”
14:58 / 02-02-2017
Bütöv Azərbaycan Ocaqları (BAO) Özbək tarixçisi Şuxrat Salamova dəstək olaraq bəyanat yayıb (31/01/2017)
23:17 / 31-01-2017
Dərbənd dərd içindədir...
22:25 / 25-01-2017
Lavrova sual verən azərbaycanlı jurnalist işdən qovuldu - eksklüziv - VİDEO
23:09 / 21-01-2017