BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Elxan Şahinoğlu: “Bu, Azərbaycanın bir mesajıdır”

14:58 / 02-02-2017   /   baxış - 48

İki ay öncə yaradılan Ermənistan-Azərbaycan Sülh Platformasına Azərbaycandakı hüquq müdafiəçiləri bir-birinin ardınca qoşulurlar. İki gün əvvəl İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı qoşulmaqla bağlı bəyanat verib. BAO.AZ bildirir ki, bu barədə Musavat.Com-a platformadan məlumat verilib. S.Qocamanlının bəyanatında deyilir: 
 
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, təşkilat adından, mən, Səidə Qocamanlı, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı təsdiq edirəm".
 
Qeyd edək ki, dekabrın əvvəlində Azərbaycan və Ermənistanın bəzi hüquq müdafiəçiləri və siyasi ekspertləri iki ölkə arasında sülh naminə platformanın yarandığını bəyan ediblər. Beynəlxalq təşkilatlara və hər iki ölkənin prezidentlərinə müraciətdə platformanın erməni və azərbaycanlı təsisçiləri sülhə yönəlik yeni təşəbbüsə “vətəndaş ictimai institutları, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, alimlər və Ermənistan və Azərbaycanın sadə vətəndaşlarını da” qoşulmağa çağırıb.
 
Ekspert Elxan Şahinoğlu açıqlamasında bildirib ki, bu platformanın Azərbaycan üçün xeyri var: “Yəni bizim xəttimiz o olmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan, onu qəbul edən, ”Xocalıda soyqırım olub",- deyən ermənilərlə əlaqə qurub onları öz tərəfimizə çəkməliyik. Ermənistanda belə insanların sayı çoxdur. Əsas arqumentimiz budur ki, biz deyirik Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycanın ərazi bütövlülüyünü qəbul edən Dağlıq Qarabağın erməni əhalisi ilə rahatlıqla həyatımızı davam edə bilərik. Bunu deyiriksə, bunu Ermənistandakı vətəndaşlara da şamil edə bilərik. Çünki Ermənistanın indiki hakimiyyət mənsubları və keçmiş prezidenti deyirdi ki, azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməz. Biz bu sülh platforması ilə göstəririk ki, bəli, erməni silahlı quldurları Azərbaycan ərazisini işğal ediblər, qətllər törədiblər, amma bu prosesləri pisləyən Ermənistan vətəndaşları ilə birlikdə yaşaya bilərik. Bu, Azərbaycanın bir mesajıdır. Burada başqa bir fakt da var, heç bir azərbaycanlı Ermənistana gedib deməz ki, Ermənistan düz edir. Amma Azərbaycana gəlib “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”,- deyən ermənilərin sayı çoxdur. Bu da əslində bizim uğurumuz sayıla bilər. Bu baxımdan, mən sülh platformasının genişlənməsini, oraya hər iki dövlətdən olan insanların qatılmasını doğru hesab edirəm".
 
Qeyd edək ki, sənədi imzalamış erməni hüquq müdafiəçisi Vahe Avetyan təşəbbüsü “uzunmüddətli” proses adlandırıb və platformaya cəlb olunmasının, özünün “praqmatik” siyasi yanaşmasından nəticələndiyini deyib. Avetiyan özünün noyabr ayında Azərbaycana buraxılmasının Azərbaycan hakimiyyətinin bu təşəbbüsə müsbət yanaşdığının göstəricisi olduğunu bildirib. "Ayna-Zerkalo" qəzetinin keçmiş jurnalisti Rauf Mirqədirov da “BBC Azərbaycanca”ya platformanın yaranmasını “müsbət” hal kimi qiymətləndirib. Onun zənnincə, Azərbaycan hökumətinin sülhə yönəlik təşəbbüslərə əvvəlkindən fərqli yanaşmasına ölkədəki iqtisadi böhran və Azərbaycanın aprel ayında cəbhədə baş vermiş döyüşlərə görə beynəlxalq tənqidlərlə üzləşməsi səbəb olub. Azərbaycanın külli miqdarda “bahali silah almağa” artıq maddi imkanı olmadığını deyərək, cənab Mirqədirov sülh prosesinin hökumətə əvvəldən daha əhəmiyyətli olduğunu bildirib. 
 
BAO.AZ


Qondarma rejimin keçmiş “müdafiə naziri” həbs olunub
11:22 / 23-03-2017
Faiq Ələkbərli Ankarada Türk Birliyindən, Konyada isə Alparslan Türkeşdən danışacaq
22:51 / 17-03-2017
BAO rəhbərliyi akademik Çingiz Qacarla görüşüblər
22:19 / 12-03-2017
Azərbaycan təkmillətli ölkədir - Odər Sərdar
15:37 / 07-03-2017
Azərbaycan Bayrağından Türklük rəmzini heç kəs çıxarda bilməz! - Faiq Ələkbərli
16:38 / 02-03-2017
İstanbulda Xocalı soyqırımı anılıb
00:57 / 27-02-2017
BAŞSAĞLIĞI
23:31 / 19-02-2017
BAO rəhbərliyi Özbəkistan diaspor təşkilatının sədriylə görüşdü
22:19 / 07-02-2017
Şəhid əsgərimizin nəşi geri qaytarılıb
13:44 / 05-02-2017
BAŞSAĞLIĞI
00:55 / 05-02-2017
Sərkisyan Tehranda – düşmənin Bakıya yeni ismarışı
19:48 / 02-02-2017
Millət vəkili Q.Paşayeva nəşi işğalçı Ermənistan tərəfindən ölkəmizə verilməyən Çingiz Qurbanovla bağlı MM-dən beynəlxalq təşkilatlara müraciət edib
15:04 / 02-02-2017
Bütöv Azərbaycan Ocaqları (BAO) Özbək tarixçisi Şuxrat Salamova dəstək olaraq bəyanat yayıb (31/01/2017)
23:17 / 31-01-2017
Dərbənd dərd içindədir...
22:25 / 25-01-2017
BAO-nun sıraları ölkə xaricində genişlənməyə davam edir. Türkiyənin İstanbul şəhərindən sonra Giresun şəhərində də BAO-nun yerli ocağı yaradılıb
22:40 / 23-01-2017
Lavrova sual verən azərbaycanlı jurnalist işdən qovuldu - eksklüziv - VİDEO
23:09 / 21-01-2017