BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Sözüm özümüzə

23:47 / 27-06-2016   /   baxış - 418

Mən 1989-90-cı illərdə 8-9-cu siniflərdə oxuyarkən qəlbimə heç səbəbini bilmədən bir sevgi  ELÇİ BƏY sevgisi hakim oldu. Çox sonralar anladım ki, bu sevgi elə millət sevgisi ilə eynidir. Axı  Elçi bəy millətin simvolu imiş. O illərdə elə zənn edirdim ki, heç kim mənim kimi sevə bilməz millətimin – Elçi Bəyini.

Gün o gün oldu ki, universitetin tələbəsi oldum. Böyük Elçibəysevər ordusu ilə rastlaşdım. Anladım ki, mən dəryada damla imişəm. Elə o zaman mən - Biz olduq. Biz Elçibəysevərlər, millətsevərlər olduq. Bəyimizlə yürüdük. Yürüdükcə qürurlandıq, sevindik, kədərləndik. Hər addımında, hər kəlməsində, hər dəqiqəsində millətin şərəf və qürur tarixini yazdıqca bizim Bəyimiz biz də şərəfləndik, qürurlandıq. Onun sadəcə yanında olmaqla belə fərəhləndik, kifayətləndik. Kələkiyə gedişi qəlblərimizi necə incitmişdisə, dönüşü bizi gecə saatlarına qədər hava limanına, qərargaha topladı: yeni həyat, yeni nəfəs verdi.

Nə yazıq ki, ömür yetmədi... Bizi xiyabana toplayan Bəyimizin məzarı başındaca biz çönüb özümüz olduq. Və bir şeyi deyə bilərəm ki, əslində biz – özümüz uzun illərdən bəri var idik. Sadəcə özümüzü görməyə aynamız yox imiş, özümüzü tapmağa meydanımız, yerimiz yox imiş. Bu yeri də bizə Bəyimiz verdi. Öz məzarının başında. Saysız siqaret kötükləri, sonsuz göz yaşları, ucsuz-bucaqsız insan axını və bir də Elçi Bəy məzarı bizə özümüzü tapmağa imkan verdi.

Çox təssüf... 2000-ci illərin o möhtəşəm Bizləri, özümüzləri. Haradayıq, haradasınız, haradadırlar ki... Türklük bayramı (24 iyun), Savalana ziyarət günü (22 avqust) və s. kimi müqəddəs  günlərimiz hansısa jurnalistin bizi saya biləcəyi şəkildə qeyd edilir. Axı biz saysız idik.

Sözüm yenə özümüzə. Millətsevərlərə, Bəysevərlərə: Gəlin özümüz olaq. Özümüz olmaq bizə yetər. Bu yolda Tanrı yardımçımız, Bəy bələdçimiz olsun!

Kifayət Əlisoy



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020