BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Lavrova sual verən azərbaycanlı jurnalist işdən qovuldu - eksklüziv - VİDEO

23:09 / 21-01-2017   /   baxış - 243

Lider TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun işindən kənarlaşdırıldığı bildirilir. Bu barədə Musavat.com-a məlumatlı mənbə xəbər verib.

Onun sözlərinə görə, 4 gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrova gözlənilməz sual verərək, onun açıq danışmasına və  “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, - deyə cavab verməsinə səbəb olmuş jurnalistin bu hərəkəti bəzi dairələrdə narahatlıqla qarşılanıb.

Əldə etdiyimiz xəbərə görə, jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə "vəsatət"i ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. O hesab edib ki, jurnalist xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi ilə iki ölkənin dostluq münasibətlərinə xələl gəlib. Səfir jurnalistin sualını "təxribatçı sual" kimi dəyərləndirib və bu cür sual verdiyinə görə onun ünvanına ağır sözlər işlədib, hətta jurnalisti təhqir etməkdən də çəkinməyib.

Ancaq ölkəmizdə fəaliyyət götərən politoloqların, eləcə də televiziya mütəxəssislərinin fikrincə,jurnalist Anar Həsənov ölkəmiz üçün çox faydalı olan bir hərəkət edib, rusiyalı nazirin təmsil etdiyi dövlətin Qarabağ məsələsində siyasi xəttinin nədən ibarət olmasını regiona və dünyaya göstərilməsinə səbəb olub.

Xatırladaq ki, həmkarımzın Lavrova ünvanladığı sual aşağıdakı kimi olub: "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”

Lavrovun bu suala nə cavab verdiyi isə yuxarıda verilib. Üstəlik 5-ci gündür ölkə mediası və sosial şəbəkələr bu məsələyə fokuslanıb.

musavat.com

 



Qondarma rejimin keçmiş “müdafiə naziri” həbs olunub
11:22 / 23-03-2017
Faiq Ələkbərli Ankarada Türk Birliyindən, Konyada isə Alparslan Türkeşdən danışacaq
22:51 / 17-03-2017
BAO rəhbərliyi akademik Çingiz Qacarla görüşüblər
22:19 / 12-03-2017
Azərbaycan təkmillətli ölkədir - Odər Sərdar
15:37 / 07-03-2017
Azərbaycan Bayrağından Türklük rəmzini heç kəs çıxarda bilməz! - Faiq Ələkbərli
16:38 / 02-03-2017
İstanbulda Xocalı soyqırımı anılıb
00:57 / 27-02-2017
BAŞSAĞLIĞI
23:31 / 19-02-2017
BAO rəhbərliyi Özbəkistan diaspor təşkilatının sədriylə görüşdü
22:19 / 07-02-2017
Şəhid əsgərimizin nəşi geri qaytarılıb
13:44 / 05-02-2017
BAŞSAĞLIĞI
00:55 / 05-02-2017
Sərkisyan Tehranda – düşmənin Bakıya yeni ismarışı
19:48 / 02-02-2017
Millət vəkili Q.Paşayeva nəşi işğalçı Ermənistan tərəfindən ölkəmizə verilməyən Çingiz Qurbanovla bağlı MM-dən beynəlxalq təşkilatlara müraciət edib
15:04 / 02-02-2017
Elxan Şahinoğlu: “Bu, Azərbaycanın bir mesajıdır”
14:58 / 02-02-2017
Bütöv Azərbaycan Ocaqları (BAO) Özbək tarixçisi Şuxrat Salamova dəstək olaraq bəyanat yayıb (31/01/2017)
23:17 / 31-01-2017
Dərbənd dərd içindədir...
22:25 / 25-01-2017
BAO-nun sıraları ölkə xaricində genişlənməyə davam edir. Türkiyənin İstanbul şəhərindən sonra Giresun şəhərində də BAO-nun yerli ocağı yaradılıb
22:40 / 23-01-2017