BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) Özbək tarixçisi Şuxrat Salamova dəstək olaraq bəyanat yayıb (31/01/2017)

23:17 / 31-01-2017   /   baxış - 355

Bütöv Azərbaycan Ocaqları (BAO) Özbək tarixçisi Şuxrat Salamov haqqında cinayət işi açılmasına etiraz olaraq bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO)

Bəyantı

Məlum olduğu kimi Ermənistan hakimiyyəti və Özbəkistandakı erməni icmasının təzyiqi altında Özbəkistanın Baş Prokurorluğu özbək tarixçisi və tədqiqatçısı Şuxrat Salamov (Barlas) barəsində cinayət işi açıb və həmin işin məhkəməyə göndərməsi haqqında qərar çıxarıb. Biz Bütöv Azərbaycan Ocaqları (BAO)olaraq bu qərarı qətiyyətlə pisləyir və hesab edirik ki, ermənilərin narahatıçılığına səbəb olan Şuxrat Salamovun "Qarabağ: ideyalar müharibəsi" və "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitabları tamamilə həqiqəti özündə əks etdirir. Özbək aliminin həmin kitablarda erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə Azərbaycanda və Türküstanda vəhşiliklər törətməsini ortaya qoyması, eyni zamanda Qarabağ münaqişəsiylə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi obyektiv fakt və dəlillərə əsaslanır. Bizlər Özbəkistanın Ali Məhkəməsinin obyektiv mövqe tutacağına inanırıq!

Biz BAO-çular Şuxrat Salamov qardaşımıza, soydaşımıza demək istəyirik ki, şimallı-cənublu Azərbaycan türkləri, Azərbaycan Türk aydınları sonuna qədər onun arxasında dayanıblar. Eyni zamanda ümid edirik ki, Türk Dünyasının bütün aydınları Ş.Salamova dəstək olacaqlar. Hər halda Ş.Salamov qardaşımız, soydaşımızla bağlı hadisə bizləri daha sürətlə bir araya gətirməlidir. Artıq birlik və dirilik zamanıdır.

Yaşasın Türk birliyi!!! Yaşasın qardaşlığımız!.

 

Bütöv Azərbaycan Ocaqları

Bakı, 31.01.2017.



Qondarma rejimin keçmiş “müdafiə naziri” həbs olunub
11:22 / 23-03-2017
Faiq Ələkbərli Ankarada Türk Birliyindən, Konyada isə Alparslan Türkeşdən danışacaq
22:51 / 17-03-2017
BAO rəhbərliyi akademik Çingiz Qacarla görüşüblər
22:19 / 12-03-2017
Azərbaycan təkmillətli ölkədir - Odər Sərdar
15:37 / 07-03-2017
Azərbaycan Bayrağından Türklük rəmzini heç kəs çıxarda bilməz! - Faiq Ələkbərli
16:38 / 02-03-2017
İstanbulda Xocalı soyqırımı anılıb
00:57 / 27-02-2017
BAŞSAĞLIĞI
23:31 / 19-02-2017
BAO rəhbərliyi Özbəkistan diaspor təşkilatının sədriylə görüşdü
22:19 / 07-02-2017
Şəhid əsgərimizin nəşi geri qaytarılıb
13:44 / 05-02-2017
BAŞSAĞLIĞI
00:55 / 05-02-2017
Sərkisyan Tehranda – düşmənin Bakıya yeni ismarışı
19:48 / 02-02-2017
Millət vəkili Q.Paşayeva nəşi işğalçı Ermənistan tərəfindən ölkəmizə verilməyən Çingiz Qurbanovla bağlı MM-dən beynəlxalq təşkilatlara müraciət edib
15:04 / 02-02-2017
Elxan Şahinoğlu: “Bu, Azərbaycanın bir mesajıdır”
14:58 / 02-02-2017
Dərbənd dərd içindədir...
22:25 / 25-01-2017
BAO-nun sıraları ölkə xaricində genişlənməyə davam edir. Türkiyənin İstanbul şəhərindən sonra Giresun şəhərində də BAO-nun yerli ocağı yaradılıb
22:40 / 23-01-2017
Lavrova sual verən azərbaycanlı jurnalist işdən qovuldu - eksklüziv - VİDEO
23:09 / 21-01-2017