
BAO.az. 17.12.2014.1946-ci ilin dekabr ayının 17-də (1325-ci il azərin 26-da) Güney Azərbaycanda faciəvi şəkildə kitab yandırma faktı qeydə alınıb.
Həmin gündə fars şovinizmi xarici ölkələrin gücü ilə İranın şahlıq idarə etmə üsulu altında bəslənmiş şovinist ordusu milli hökümətimizi qan tökərək süquta uğratdıqdan sonra türk dilində olan kitablara tarixi qəsd edib. millətimizi amansızcasına qətliam edən Şahın şovinist qüvvələri bu dəfədə millətimizin ədəbiyat, dil və mədəniyətini hədəfə alır. Həmin gündə 100 minlərlə Azərbaycan türkcəsində yazılmış kitab universitetlərdən, məktəblərdən, kitabxanalardan, tələbələrin xüsusi kitabxanasından və s. toplanaraq, türk şəhərlərinin mərkəzi meydanlarında yandırılır. Bununlada insan qatilləri bu dəfə də kitab, ədəbiyat və mədəniyətimizə vəhşicəsinə saldırırlar və millətimizin mənəvi yaddaştında əbədi bir iz buraxırlar.
Xatırladaq ki, 1945-ci il azər ayının 21-də (hicri şəmsi tarixi ilə 1324-cü il dekabrın 12-si) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Milli hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb.