BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Murad Fəthi: “Ərdəbil əyalətinin zindanlarında saxlanılan məhbusların sayı, həbsxanaların tutumundan 4 dəfə çoxdur”

20:16 / 15-06-2016   /   baxış - 851

Ərdəbil əyalətindəki zindanların baş idarəsinin rəhbəri Murad Fəthi iyunun 14-də jurnalistlərlə görüşündə əyalət zindanlarının tutumunun məhdudluğundan və məhbusların sayının gündən-günə artmasından danışıb.

Murad Fəthi deyib ki, Ərdəbil əyalətinin zindanlarında saxlanılan məhbusların sayı, həbsxanaların tutumundan 4 dəfə çoxdur: “Əyalətdə məhbusların zindanlara düşməsinin əsas səbəbi iqtisadi, mədəni və məişət məsələləri ilə əlaqədardır. Araşdırmalar göstərir ki, son vaxtlar maliyyə məsələlərinə görə həbs cəzası alanların sayı 27 faiz artıb. Hazırda isə əyalət həbsxanalarında 467 məhbus həmin məsələyə görə həbsdə saxlanılır.

Bundan başqa, əyalət zindanlarında saxlanılan məhbusların əksəriyyətinin ittihamı narkotik maddələrlə əlaqədardır. Həbsxanaların qadın məhbuslarına məxsus bölmələrində saxlanılan  məhbuslar isə ilk növbədə narkotik qaçaqmalçılığı, daha sonra isə gündəlik məişət zəminindəki problemlər, o cümlədən də dava-dalaş, qətl və nəhayət əxlaqsızlıq ittihamlarına görə cəza çəkirlər. Bizim mövcud həbsxanaların tutumundan 4 dəfə çox məhbusumuz var. Elə buna görə də hesab edirəm ki, əyalət zindanlarının sayını artırmaq bir zərurətdir”.

İstinad: GünAz TV



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022