BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb

13:56 / 25-08-2017   /   baxış - 114

Azərbaycanlı milli-mədəni fəal, Təbriz sakini Milad Əkbəri Kəleybər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

Bao.az Güney Azərbaycan milli azadlıq cəbhəsinə istinadən xəbər verir ki, fəal çağırış vərəqəsini avqustun 23-də təhvil aldıqdan sonra 5 gün ərzində məhkəməyə müraciət etməlidir.

Milad Əkbəri iyunun 30-da Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasında (Bəzz qalası) keçirilən yığıncaqda iştirak etdiyinə görə, daha 13 fəalla birlikdə saxlanılmışdır. M.Əkbəri və daha bir neçə fəal döyülərək yaxalandıqdan sonra Təbriz İslam inqilabı Keşikçilər Korpusunun (“Sepah”) təcridxanası, sonra isə Əhər zindanına intiqal edilmişdir. 8 gün saxlandıqdan sonra Əhər zindanından zəmanətə buraxılan fəallar, sistemin əleyhinə təbliğ və ictimaiyyəti təşvişə salmaq ittihamı ilə üzləşib. M.Əkbəri həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıb.

Xatırladaq ki, bundan öncə M.Əkbəri haqda çıxarılan 4 aylıq həbs qərarı Təbriz Apelyasiya Məhkəməsinin 19-cu Şöbəsi tərəfindən təsdiq edilib .

M.Əkbəri 2016-cı il iyunun 30-da Təbriz Ettelaat İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq 16 gün saxlandıqdan sonra 2016-ci il iyulun 16-da Təbriz zindanının karantin bölümünə köçürülüb, nəhayət 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. Fəalın dosyesinə Təbriz İnqilab Məhkəməsinin 7-ci Şöbəsində baxılıb, o sistemin əleyhinə təbliğ və əhalini qanunsuz yığıncağa təşviq etməkdə ittiham olunub. M.Əkbəri Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandığı zaman təhlükəsizlik qüvvələrinin qeyri-insani davranışlarına etiraz olaraq aclıq aksiyası keçirib.

M.Əkbəri həmçinin 2015-ci il Rəməzan ayının son cümə günündə (İranda Qüds günü adlanır) Əhər şəhərində daha bir neçə fəalla birlikdə uyğur türklərinə dəstək vermək, casusluq və bölücülük kimi saxta ittihamlara görə saxlanılmışdır.



Türk Mədəniyyət Araşdırmaları Klubunun bir qrup üzvü BAO İstanbul Təmsilçiliyini ziyarət ediblər
19:56 / 23-01-2018
İranda kütləvi etirazlar davam edir, aksiyaçılar “Bəsic” qəragahına od vurublar- VİDEOLAR
21:45 / 06-01-2018
Molla rejiminə qarşı etirazlar səngimək bilmir, bir neçə şəhərdə etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb- VİDEOLAR
02:17 / 05-01-2018
Güney Azərbaycan şəhərlərində keçiriləcək etiraz aksiyasına Çağırış
02:12 / 05-01-2018
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçiriləcək
19:24 / 15-12-2017
Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb – GÖRÜNTÜ
19:58 / 08-12-2017
Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017