BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb

22:21 / 29-10-2017   /   baxış - 169

 

 

Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb

    Mərhum azərbaycanlı fəal mühəndis Qulamrza Əmani və iki qardaşının vəfatının 9-cü ildönümü münasibəti ilə Təbrizdə anım mərasimi keçirilib.

 

Mərasim oktyabrın 26-ı yerli vaxtla saat 14:00-da Təbrizin Maralan qəbiristinanında təşkil olunub. Anım mərasiminə Əmani ailəsi ilə birlikdə, yerli əhali və bir çox azərbaycanlı milli-mədəni fəal qatılıb.

 

 

Yerli mənbələrdən əldə edilən məlumata görə, Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları Əmani ailəsi ilə əlaqə saxlayaraq mərasimin keçirilməməsini tapşırıb, bu barədə onları hədələyiblər. Lakin bütün təzyiqlərə baxmayaraq mərasim çox sayda fəalın və yerli insanların qatılımı ilə keçirilib. Mərasim zamanı qəbiristanda çox sayda Ettelaat əməkdaşı və polis qüvvələri müşahidə olunub.

 

 

 

Azərbaycanlı fəallar hər il Əmani qardaşlarının ölüm günü ərəfəsində Azərbaycanın müxtəlif şəhərlərindən Təbrizə gələrək Maralan qəbiristanında anım mərasimi keçirirlər. Mərasim davamlı olaraq təhlükəsizlik qüvvələrinin təzyiqləri altında təşkil olunur. 

 

 

Mərhum mühəndis Qulamrza Əmani 2008-ci il oktyabrın 23-də iki qardaşı ilə birlikdə bir şübhəli avtomobil qəzasında həyatını itirib. Bir çox Milli Hərəkat fəalı baş verən qəzada İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) rol oynadığına və Əmani qardaşlarının şəhid edildiyinə inanır.

 

GünAz TV.

 

 



“Bütöv Azərbaycan məsələsi Şəhriyarın yaradıcılığında” mövzusunda diskussiya keçiriləcək
23:14 / 21-02-2018
Türk Mədəniyyət Araşdırmaları Klubunun bir qrup üzvü BAO İstanbul Təmsilçiliyini ziyarət ediblər
19:56 / 23-01-2018
İranda kütləvi etirazlar davam edir, aksiyaçılar “Bəsic” qəragahına od vurublar- VİDEOLAR
21:45 / 06-01-2018
Molla rejiminə qarşı etirazlar səngimək bilmir, bir neçə şəhərdə etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb- VİDEOLAR
02:17 / 05-01-2018
Güney Azərbaycan şəhərlərində keçiriləcək etiraz aksiyasına Çağırış
02:12 / 05-01-2018
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçiriləcək
19:24 / 15-12-2017
Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb – GÖRÜNTÜ
19:58 / 08-12-2017
Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017