BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Urmiyə, Zəncan və Ərdəbildə fəhlələr və işçilərin mitinqləri keçirilib

15:13 / 02-02-2017   /   baxış - 47

Keçən bir neçə gündə Güney Azərbaycanın müxtəlif şəhərləri, o cümlədən Urmiyə, Zəncan və Ərdəbildə işdən çıxarılan, həmçinin gecikmiş maaşlarını və sığorta haqlarını tələb edən yüzlərlə işçi etiraz mitinqi təşkil edib.

Bu haqda yerli qəzetlər, xəbər agentlikləri və internet portalları məlumat yayıb.

Borna News internet portalının məlumatına görə, Saminul-höcəc adlı maliyyə və kredit şirkətinin Qərbi Azərbaycan vilayəti şöbələrinin işdən çıxardığı 78 əməkdaşı üç gün öncə Urmiyə şəhərində valilik binası önündə piket keçiriblər.

İLNA və İSNA xəbər agentlikləri isə Zəncan şəhərində bitki yağları istehsal edən Cahan şirkətinin işdən çıxardığı 200 işçinin yanvarın 30-da təşkil etdiyi etiraz mitinqi haqqında məlumat yayıblar.

İLNA-ya istinadən, Zəncan valiliyi önündə toplanan işçilərin bir çoxu 11 aylıq maaşlarını ala bilməyiblər.

Ərdəbil dəmir əritmə zavodunun fəhlələri də yanvarın 30-da valilik binası yaxınlığında mitinq təşkil ediblər. Mehr agentliyinə istinadən, Ərdəbilli fəhlələr 14 aylıq maaşlarını tələb edirlər.

 

BAO.AZ



Təbriz şəhərinin çoxlu problemi var – Şəhər Şurasının üzvü
11:24 / 23-03-2017
"Şərqi Azərbaycan"da əhalinin sayı?
12:57 / 17-03-2017
Bütöv Azərbaycan Ocaqlarının fəxri üzvü tutuqlandı
21:21 / 05-03-2017
Yürüş Mehrəlibəyli azadlığa buraxılıb
22:11 / 22-02-2017
Həbib Sasaniyan Beynəlxalq Ana Dili günü münasibəti ilə həbsxanadan mesaj göndərib - Səs Faylı
16:10 / 21-02-2017
Üç həftə əvvəl yaxalanan azərbaycanlı fəal Nasir Xülusi Təbrizin mərkəzi zindanına köçürülüb
12:43 / 15-02-2017
Mehdi Kuxiyan anasının ona müraciətindən sonra aclıq aksiyasını dayandırıb
14:11 / 11-02-2017
Araz Obalı: Problemsiz Azərbaycan İranın maraqlarına uyğun deyil – MÜSAHİBƏ
14:05 / 11-02-2017
Təbriz zindanında səhhəti ağırlaşan Həbib Sasaniyan xəstəxanaya aparılıb
13:40 / 05-02-2017
Maykl Filin: “İranın düşmənçilik rəftar və hərəkətlərinə göz yummaq dövrü artıq başa çatıb”
10:32 / 04-02-2017
Zindan məmurları Mehdi Kuxiyanı döyə-döyə həbsxananın karantin bölümünə aparıblar
10:30 / 04-02-2017
Məsud Pezeşkiyan: “Prezidentliyə namizədliyimi irəli sürməyim şəraitdən asılıdır”
10:28 / 04-02-2017
Mehdi Kuxiyan Marağa zindanında ağzını və qulaqlarını tikərək aclıq aksiyasına başladı
19:45 / 02-02-2017
Urmiyada 6 azərbaycanlı fəalın hər birisi 8 ay həbs cəzasına məhkum edilib – GÖRÜNTÜ
19:43 / 02-02-2017
Zərşoran Qızıl Mədəni işçilərinin etiraz yığıncağı davam edir – Tikantəpədə
23:29 / 26-01-2017
“Perspolis”-“Qostəreşe fulad” görüşündə səsləndirilən irqçi şüarlar “Traxtur” klubunun məsullarını da dilə gətirib
23:27 / 26-01-2017