BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Maykl Filin: “İranın düşmənçilik rəftar və hərəkətlərinə göz yummaq dövrü artıq başa çatıb”

10:32 / 04-02-2017   /   baxış - 56

Maykl Filin: “İranın düşmənçilik rəftar və hərəkətlərinə göz yummaq dövrü artıq başa çatıb”

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Filin fevralın 3-də bəyanat yayaraq İranın ballistik raket sınaqlarından və rəsmi Tehranın ABŞ-ın bölgədəki mənafeyinə qarşı təhdidindən danışıb.

 

ABŞ Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara toxunan Maykl Filin bildirib ki, Amerika hökuməti bundan sonra İranın hər hansı bir təhrikçi əməlinə döməyəcək: “Amerika hökuməti artıq onun mənafeyini təhdid edən İranın hər hansı bir təhrikçi hərəkətinə dözməyəcək. Dünya birliyi indiyə qədər İranın hər hansı bir pis rəftarına dözüb və ona göz yumub. Lakin biz rəsmi Tehrana xəbərdarlıq edərək bildiririk ki, artıq buna dözməyəcəyik. İran bilməlidir ki, onun Amerikaya və dünya birliyinə qarşı hücumçu və düşmənçilik rəftar və hərəkətlərinə göz yummaq dövrü artıq başa çatıb.

 

İran İslam Respublikası beynəlxalq terorizmin ən mühüm himayədarıdır. Bu ölkə, Orta Şərqə sabitliyi pozmağa çalışan zorakılıq fəaliyyətləri dəstəkləyərək özü də birbaşa həmin fəaliyyətlərin iştirakçısı olub. Bu isə yolverilməzdir”.

 

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi fevralın 3-də həyata keçirdiyi ballistik raket sınaqlarına görə İranın raket proqramı ilə əməkdaşlıq edən və onun genişləndirilməsinə yardım edən 25 fiziki və hüquqi şəxsə sanksiya qoyub.

 

GünAzTV



Təbriz şəhərinin çoxlu problemi var – Şəhər Şurasının üzvü
11:24 / 23-03-2017
"Şərqi Azərbaycan"da əhalinin sayı?
12:57 / 17-03-2017
Bütöv Azərbaycan Ocaqlarının fəxri üzvü tutuqlandı
21:21 / 05-03-2017
Yürüş Mehrəlibəyli azadlığa buraxılıb
22:11 / 22-02-2017
Həbib Sasaniyan Beynəlxalq Ana Dili günü münasibəti ilə həbsxanadan mesaj göndərib - Səs Faylı
16:10 / 21-02-2017
Üç həftə əvvəl yaxalanan azərbaycanlı fəal Nasir Xülusi Təbrizin mərkəzi zindanına köçürülüb
12:43 / 15-02-2017
Mehdi Kuxiyan anasının ona müraciətindən sonra aclıq aksiyasını dayandırıb
14:11 / 11-02-2017
Araz Obalı: Problemsiz Azərbaycan İranın maraqlarına uyğun deyil – MÜSAHİBƏ
14:05 / 11-02-2017
Təbriz zindanında səhhəti ağırlaşan Həbib Sasaniyan xəstəxanaya aparılıb
13:40 / 05-02-2017
Zindan məmurları Mehdi Kuxiyanı döyə-döyə həbsxananın karantin bölümünə aparıblar
10:30 / 04-02-2017
Məsud Pezeşkiyan: “Prezidentliyə namizədliyimi irəli sürməyim şəraitdən asılıdır”
10:28 / 04-02-2017
Mehdi Kuxiyan Marağa zindanında ağzını və qulaqlarını tikərək aclıq aksiyasına başladı
19:45 / 02-02-2017
Urmiyada 6 azərbaycanlı fəalın hər birisi 8 ay həbs cəzasına məhkum edilib – GÖRÜNTÜ
19:43 / 02-02-2017
Urmiyə, Zəncan və Ərdəbildə fəhlələr və işçilərin mitinqləri keçirilib
15:13 / 02-02-2017
Zərşoran Qızıl Mədəni işçilərinin etiraz yığıncağı davam edir – Tikantəpədə
23:29 / 26-01-2017
“Perspolis”-“Qostəreşe fulad” görüşündə səsləndirilən irqçi şüarlar “Traxtur” klubunun məsullarını da dilə gətirib
23:27 / 26-01-2017