BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Urmu Gölünü Canlandırma Mərkəzi Azərbaycanın ölüm mərkəzinə çevrilib

12:23 / 18-08-2017   /   baxış - 206

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə Urmu Gölünü Canlandırma Mərkəzini tənqid atəşinə tutub.

“Nəsr news”un yaydığı məlumata görə, N.Qazipur prezidentə xitabən kənd və şəhərlərin kanalizasiya suyunu təmizləmədən Urmu gölünə axıdan Urmu Gölünü Canlandırma Mərkəzinin ləğv edilməsini tələb edərək, bu qurumun artıq Azərbaycanın ölüm mərkəzinə çevrildiyin deyib. O həmçinin Urmiyə-Üşnəviyyə, Urmiyə-Təbriz, Urmiyə-Türkiyə sərhəddi və Urmiyə-Sulduz üçyolunadək gedən yolların əhalinin qətliam mərkəzinə çevrilməsi ilə bağlı Enerji nazirinə xəbərdarlıq edərək problemin həl edilməsini tələb edib.

Parlamentin mədən və sənaye komissiyasının üzvü Kənd Təsərrüfatı nazirinə də xəbərdarlıq edib: “Cənab Höccəti Allahdan qorx! Tehranda ev almaq yerinə məzlum əkinçilərinin buğda pulunu ödəyin.”

N.Qazipur Yol və Şəhərsalma nazirini də tənqid edib. O bildirib ki, nə üçün fəhlələrin yaşayış məntəqəsini ictimai yaşayış məntəqəsi adlanan yerə intiqal etdiniz, lakin daş daş üstə qoymadınız?!

Azərbaycanlı millət vəkili sözlərinin sonunda prezidentə səslənərək deyib ki, nə zaman Elm, tədqiqat və texnologiyalar naziri postuna bir azərbaycanlının gətiriləcəyi barədə qərar veriləcək? Millət vəkili həmçinin Sənaye və Mədən nazirindən indiki ağır vəziyyətdə qida məhsullarının bahalaşması ilə bağlı izah tələb edib.

 



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022