BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Aslan Sultani: İran seçkilərində islahatçıların qorxu kampaniyası yaxşı işlədi

22:57 / 05-06-2017   /   baxış - 74

Aslan Sultani mayın 19-da keçirilən prezident seçkilərində Həsən Ruhani tərəfdarlarının təşkil etdiyi seçki kampaniyalarını “qorxu kampaniyası” olaraq qiymətləndirir. Amerikanın Səsinə danışan milli fəalın fikrincə, yaxşı işləyən həmin kampaniya nəticəsində əhali muhafizəkarların namizədi İbrahim Rəsinin prezident seçilməsindən qorxduğu üçün Həsən Ruhaniyə səs verdi.

Aslan Sultani deyir, “bu seçkilər keçmişdəki seçkilərə görə biraz fərqli idi. Lakin Həsən Ruhani yenə də İranda prezidentlərin iki dövr ard-arda seçilməsi ənənəsinə uyğun olaraq prezident seçildi.”

 

Türk faəlın fikrincə, İranda keçirilən seçkilərin nəticələrini dəyərləndirər ikən, İslam Respublikası tərəfindən açıqlanan rəqəmlərin həmişə şübhəli olduğunu nəzərdə tutmaq lazimdir:

“İranda bütün seçkilərdə saxtakarlıq olur. Ən azından 2009-cu ildə keçirilən seçkilərdə baş verən saxtakarlığı açıq və aydın görmüş olduq... Mən şəxsən bunların açıqladığı nəticələrə və verdikləri rəqəmlərə inanmıram. Biz öncə bunu nəzərə almalıyıq. Mən onların seçkilərdə iştirak edənlərə dair verdiyi 40 milyon rəqəminin də şişirtmə olduğunu düşünürəm.”

O, əlavə edir, “verdikləri rəsmi rəqəmlərə görə, 16 milyon əhali seçkilərdə iştirak etməmişdir. Halbuki, dövlət və media iştirakın yüksək olması üçün çox çalışmışdı. Qorxu kampaniyası təşkil etmişdilər. Yəni, [Ruhani seçilməsə] İbrahim Rəisi gələcəkdir deyərək əhalini qorxutmuşdular.”

Aslan Sultani işarə etdiyi bu qorxu kampaniyasının əhali arasında yaxşı işlədiyini ifadə edir.

İbrahim Rəisi və Həsən Ruhani
İbrahim Rəisi və Həsən Ruhani

“Mən şəxsən danışdığım insanlardan aldığım təəsürat bu idi ki, insanlar həqiqətən qorxmuşdular. Yaxından izləyirdim. Seçkilərdə Ruhaninin qələbə qazanması insanların islahatçıları istədiyi üçün yox, muhafizəkarlardan qorxduğu nəticəsində oldu,” deyə o söyləyir.

Sultani İranda seçkilər yolu ilə bir dəyişikliyin baş verəcəyini gözləmədiyini deyir:

“1997-ci ilin seçkilərində islahatçıların dəstəklədiyi Məhəmməd Xatəmi Natiq Nuriyə qarşı namizəd olmuşdu. Mən o seçkilərdə islahatçıların ölkəni daha yaxşı idarə edəcəyinə, daha yaxşı tərəfə çəkəcəyinə və Azərbaycanın haqlarına diqqət yetirəcəyinə ümidvar idim. Onlara qoşulmuşdum və özüm də səs verdim. Amma, indi nəticə ortadadır. Gördük ki, belə bir şey yoxdur və İran islah ediləcək bir dövlət deyil. İran konstitusiyasında Vəli-Fəqihin (ali ruhani lider) çox üstün səlahiyyətləri vardır. O, məclisin də hökümətin də qərarlarını ləğv edə bilər. Hətta 2009-da olduğu kimi seçkilərin nəticəsini də dəyişdirə bilər...”

Türk fəallar və Azərbaycan Milli Hərəkatının ən çox nüfuza sahib olduğu Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri əhalisinin seçkilərdə ən az iştirak etdiyi vilayətlər arasında olublar.

Sultaninin fikrincə, milli fəalların media imkanları olsaydı, bu vilayətlərdəki iştirak səviyyəsi daha aşağı ola bilərdi.



Qumda Azərbaycan Respublikasındakı dini ekstrimistlərə dəstək mərasimi keçirilib
23:54 / 17-07-2017
Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı saxlanılıb
23:45 / 17-07-2017
Aclıq aksiyasında olan Həbib Sasaniyan xəstəxanalıq olub
01:56 / 17-07-2017
Azərbaycanlı fəal Mənsur Seyfi məhkəməyə çağırılıb
00:32 / 09-07-2017
Urmiyəli fəal Əli Əzizi yeni ittihamla üzləşib
00:29 / 09-07-2017
Azərbaycanlı milli-mədəni fəal Qasim Mahmudi saxlanılıb
00:27 / 09-07-2017
Təbrizin 40 kilometrliyində əhalisi 18-ci əsrdə yaşayan kimi kəndlər var – Şəbistərin millət vəkili
22:55 / 07-07-2017
Babək qalası yığıncağında tutulanlar Əhər zindanına köçürülüb
22:44 / 07-07-2017
Güneydə türk fəallara qarşı basqılar artıb
20:41 / 04-07-2017
Həbib Sasaniyanın səhhəti aclıq aksiyasının 10-cu günündə ağırlaşıb
00:52 / 23-06-2017
Azərbaycanlı fəal Səid Məhəmmədi məhkəməyə çağırılıb
00:39 / 23-06-2017
Ərdəbildə məhbusların sayı getdikcə artır
00:43 / 10-06-2017
Abbas Lisani Meşginşəhr Məhkəməsinə çağırılıb
00:37 / 10-06-2017
“Azərbaycan” parkı məhv edilərək sıradan çıxarıldı
14:43 / 08-06-2017
6 türk fəalın məhkəməsi başlayıb
01:00 / 03-06-2017
Azərbaycanlı cütlük “Başına dolanım Urmu gölü” şüarı ilə yola düşüb…
00:52 / 03-06-2017