BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Urmiyəli fəal Əli Əzizi yeni ittihamla üzləşib

00:29 / 09-07-2017   /   baxış - 107

2015-ci il mayın 25-də Urmiyə İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) məmurları tərəfindən tutularaq 7 gün saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılan Əli Əzizi yeni ittihamla üzləşib.

Bundan öncə sistemin əleyhinə təbliğdə günahlandırılan urmiyəli milli-mədəni fəal, üçüncü məhkəmə iclasında “əcnəbilərlə (xaricilər) irtibat qurmaq”da ittiham olunub.

Yeni ittiham irəli sürüldükdən sonra məhkəmənin təyin etdiyi 50 milyon tümənlik mülki vəsiqə qərarı 200 milyon tümənlik vəsiqə ilə əvəzlənib.

Ötən həftə məhkəməyə çağırılan fəala, yeni təyin edilmiş mülki vəsiqəni məhkəməyə təqdim etmək üçün bir həftə vaxt verilib.

Bundan öncə fəal 2015-ci il iyunun 10-na nəzərdə tutulan Urmu gölü böhranı ilə bağlı etiraz aksiyası barədə bildiri yayamq, Urmiyədə türk dilində kurslar təşkil etmək, pantürkist qruplarla irtibatda olmaq, millətçilik zəminində yığıncaqlar keçirmək, “21 Azər” mərasiminə qatılmaq və Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək bəhanəsi ilə mühakimə olunub, sistemin əleyhinə təbliğdə günahlandırılmışdır.

Əli Əzizi bundan öncə Beynəlxalq Ana Dili Günü mərasiminə qatılmaq, Urmiyənin Əlqədir stadionunda milli və mədəni zəmində şüar səsləndirmək, məlum “Fitilə” televiziya verilişi və “Tərh-i No” qəzetinin təhqiramiz yazısına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə 4 dəfə saxlanılıb, o sonralar irəli sürülən ittihamlardan bəraət qazanıb.Facebook



Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib
14:00 / 25-08-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017