BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Qalada ağır texnika ilə qazıntı işləri aparılır

10:22 / 23-08-2017   /   baxış - 387

Rejimin Təbrizin tarixi və əzəmətli Ərk Qalasında qazıntı işləri apardığı ilə bağlı xəbər yenidən gündəmə gəlib.

Güney azərbaycanlı internet istifadəçiləri virtual aləmdə Ərk qalasında yenidən qazıntı işlərinin aparılmasını əks etdirən videolar yayıblar. Bazar günü yayılan videoların birində Ərk qalasının cənub tərəfindəki divarının yanında ağır texnikanın işlədiyi və həmin yerin söküldüyü görünür.  Bu qazıntılardan sonra, onsuz da baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qalan tarixi qalanın çökmə ehtimalı artır.

Görünür ki, bundan öncə qalanın sökülməsinə dəfələrlə təşəbbüs göstərən Təbrizin Müsəlla Fondu, qalanı məhv etmək fikrində qərarlıdır.

Ötən günlərdə də sosial şəbəkələrdə Ərk qalasında oxşar video yayılmışdır. Həmin videoda qalanın cənub tərəfinin Kompressorla qazıldığı görünürdü.

Bu günədək Mədəni İrs Təşkilatı tarixi məkanın dağıdılmasına qarşı səssiz qalıb, bu barədə heç bir açıqlama verməyib.

2016-cı il noyabr ayında, mətbuatda Ərk qalasının yaxınlığında parking tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə geniş məlumat yayılmışdır. Bundan sonra yerli əhali tarixi Qalanın məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə sərt xəbərdarlıq etdilər. Etirazlar geniş vüsət aldıqdan sonra Ərk Qalası ətrafında nəzərdə tutulan layihənin icrası dayandırıldı və bildirildi ki, Arxeoloqlar qala ətrafında araşdırma aparıb, nəticəni elan etdikdən sonra parkingin tikilib vəya tikilməyəcəyi ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, tarixi Ərk Qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib.  Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan ağır xəsarət alıb.



Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib
14:00 / 25-08-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017