BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Babək qalası yığıncağında tutulanlar Əhər zindanına köçürülüb

22:44 / 07-07-2017   /   baxış - 141

Babək qalası yığıncağında tutulanlar Əhər zindanına köçürülüb

İyunun 30-da Babək qalası (Bəzz qalası) yığıncağında saxlanılan azərbaycanlı fəallar Əhər zindanına köçürülüb.

Fəalar bir həftə İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik bölümündə saxlandıqdan sonra iyulun 6-da Əhər zindanına aparılıb.

Həbsxanaya salınan Murtaza Pərvin, Əkbər Cahangiri, Rəhim Novruzi və Hamid Rəvacinin iyulun 8-də vəsiqə qarşılığında sərbəst buraxılacağı gözlənilir.

Əldə etdiyimiz məlumata görə, Rəhim Zarei və Milad Əkbəri də digər fəalların köçürüldüyü zindana aparılıb, məlumatda onların da vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılacağı deyilir.

Son məlumata görə, iyunun 30-da Babək qalası yığıncağında 9 nəfər saxlanılıb. Onların kimliyi bundan ibarətdir:

Əkbər Cahangiri, Murtaza Pərvin, Milad Əkbəri, Rəhim Zarei, Hamid Rəvaci, Rəhim Novruzi, Mir Həsən Babayi, Məhəmməd Mərdi və Məhəmməd Əkbəri.

Tutularkən təhlükəsizlik qüvvələri tərəfindən döyülən fəallar saxlandıqları müddətdə sorğu-suala tutulub, onlar dindirilərkən işgəncə edilib.

Etibarlı bir mənbə bildirir ki, Kəleybər məhkəməsi fəalların müvəqqəti sərbəst buraxılması üçün vəsiqə qərarı təyin edib, lakin Kəleybər Şəhər Təmin Şurasının müdaxiləsi nəticəsində onların azadlığa buraxılması mümkün olmayıb.

İyunun 30-da yüzlərlə Azərbaycan Milli Hərəkat fəalı Babək Xürrəmdinin ad gününü qeyd etmək üçün Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına yürüş edib. Dinc keçirilən yığıncaq təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb, bir neçə fəal saxlanılıb.

Fəallar qalada üzərinə “Siyamək Mirzayi azad olunmalıdır” şüarı yazılmış plakatlar qaldıraraq Siyamək Mirzayi və digər azərbaycanlı fəalların azadlığını tələb edən şüarlar səsləndiriblər. Yığıncaqda şeir oxunub və İran dövlətindən Azərbaycan türk millətinə qarşı ayrı-seçkilik siyasətinə son qoyması tələb olunub.



Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib
14:00 / 25-08-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017