BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Hüseyn Əli Məhəmmədi və Yürüş Mehrəlibəyli ilə bir qrup fəal arasında görüş olub – GÖRÜNTÜ A A A A GünAz TV: Avqustun 8-də bir qrup tanınmış azərbaycanlı fəal Hüseyn Əli Məhəmmədi və Yürüş (Ayət) Mehrəlibəyli ilə görüşüb

17:06 / 09-08-2017   /   baxış - 309

Hüseyn Əli Məhəmmədi və Yürüş Mehrəlibəyli ilə bir qrup fəal arasında görüş olub – GÖRÜNTÜ

GünAz TV: Avqustun 8-də bir qrup tanınmış azərbaycanlı fəal Hüseyn Əli Məhəmmədi və Yürüş (Ayət) Mehrəlibəyli ilə görüşüblər.

 

Görüş Hüseyn Əli Məhəmmədinin Təbrizin Mərkəzi zindanından yenicə azadlığa buraxılması münasibəti ilə keçirilib.

 

Fəallar görüş zamanı Azərbaycanın ictimai-siyasi vəziyyəti və həbsxanada olan fəalların durumu ilə bağlı söhbət aparıblar.

 

 

Hüseyn Əli Məhəmmədi 3 illik həbs müddətini başa vurduqdan sonra avqustun 6-da Təbriz İnqilab Məhkəməsi tərəfindən sərbəst buraxılıb.

 

Fəal 2015-ci il martın 1-də Salar Turinin Təbriz yaxınlığında yerləşən iş yerində Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlanılıb. O yaxalanarkən məmurlar tərəfindən şiddətlə döyülmüşdür.

 

Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinin rəisi hakim Baqirpur fəalı sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etmək ittihamı ilə 3 il həbs cəzasına məhkum edib, hökm sonralar Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 6-ci Şöbəsi tərəfindən təsdiqlənib.

 

Hüseyn Əli Məhəmmədi açılan dosye ilə əlaqədar 2013-cü il noyabrın 4-də Taha Kirmani ilə birlikdə Təbrizdə yaxalanaraq bu şəhərin Ettelaat İdarəsinə aparılıb. Fəallar müvəqqəti saxlanma müddətində Ettelaat əməkdaşları tərəfindən cismi və ruhi işgəncəyə məruz qalıblar.

 

Hüseyn Əli Məhəmmədi, Taha Kirmani ilə birlikdə 2014-cü il aprelin 15-də təxminən 6 ay saxlandıqdan sonra mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

 

 

 

Azərbaycanlı fəal Yürüş Mehrəlibəyli isə məhkəmənin təyin etdiyi 8 il həbs cəzasının 5 ilini çəkdikdən sonra şərti azadlığa buraxılma qanunundan istifadə edərək 2017-ci il fevralın 17-də sərbəst buraxılıb. 2013-cü il qış aylarında daha 4 fəalla (Mahmud Fəzli, Şəhram Radmehr, Lətif Həsəni və Behbud Qulizadə) birlikdə saxlanılan Yürüş Mehrəlibəyli, sistemin əleyhinə təbliğ və milli təhlükəsizliyi pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla üzləşib.



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022