BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Yasir Rəncbəri: Millətçi türk tələbələr universitetdən atılmaqla təhdid edilirlər – AUDİO / MÜSAHİBƏ

23:31 / 10-01-2017   /   baxış - 172

Yasir Rəncbəri: Millətçi türk tələbələr universitetdən atılmaqla təhdid edilirlər – AUDİO / MÜSAHİBƏ

Urmiyə Universiteti Nəşrlərə Nəzarət Komitəsinin bu yaxınlarda qapatdığı “Dəniz” adlı türkcə-farsca tələbə dərgisinin direktoru “Amerikanın Səsi”nə müsahibədə dərginin qapadılmasına yol verən ittihamları açıqlayıb.

 

Yasir Rəncbəri həmçinin Güney Azərbaycan və ölkənin digər bölgələrinin universitetlərində türk tələbələrin fəaliyyətləri, tələbə ocaqları və yayımlanan türkcə-farsca dərgilər haqqında məlumat verib.

 

Yasir Rəncbərininin dediklərinə görə, “2010-cu ildən bəri yayımlanan Dəniz dərgisinin ilgiləndiyi mövzular yalnız dil ilə bağlı deyildi. Güney Azərbaycanda türklərə qarşı tətbiq edilən ayrı-seçkiliklər və türklərin gündəlik yaşamınına dair iqtisadi problemlər və Urmu Gölünün quruması kimi ekoloji problemləri də dərginin önəm verdiyi mövzular idi.”

 

Nəşrlərə Nəzarət Komitəsi “Dəniz” dərgisinin “etnik məsələləri qaldırmaq və milli birliyə zərər vermək kimi xətalara” yol verdiyi və 14-cü sayıda Latın əlifbasından istifadə etdiyi üçün qapadılmasına qərar verdiyini açıqlayıb.

 

Rəncbəri həmçinin deyir ki, universitet məsulları daha əvvəl “Atatürkün şəklinin dərginin qapağında dərc edilməsi”, “Seyid Cəfər Pişəvəri haqqında yazıların yayılması” və “dərgidə yabancıların çıxar və yararlarının qorunması” ilə əlaqədar xəbərdarlıq vermişdilər.

 

“Yabancılardan məqsədləri Türkiyə və Azərbaycan Cumhuriyyətidir,” deyə tələbə fəalı qeyd edir.

 

O, dərgiyə qarşı irəli sürülən ittihamların əsassız olduğunu və dərginin əslində universitet xaricindəki qurumların göstərişi ilə qapadıldığını bildirir.

 

“Dəniz dərgisinə qarşı yönləndirilən suçlamaların bir çoxu istinadsızdır. Misal üçün İranda dərgilərin yayım qaydalarında Latın əlifbasına qarşı hər hansı bir qadağa yoxdur... Bu dərginin qapadılması universitet xarici və əlaqəsiz qurumların dərgilərə baxan komitəni yönləndirməsi ilə olub..,” deyə o dilə gətirir.

 

Türk fəal həmçinin prezident Həsən Ruhaninin seçkilər zamanı universitetlərdə tələbələrə qarşı təhlükəsizlik baxışın qaldırılacağına dair vədlər verib amma yerinə gətirmədiyini önə çəkir.

 

Yasir Rəncbəri Urmiyədən əlavə, Təbriz, Ərdəbil, Zəncan, Həmədan, Marağa və Qəzvin kimi şəhərlərin universitetlərində fəaliyyət göstərən türk tələblərin yayımladıqları dərgilər həmçinin təşkil etdikləri ocaqlar və türk dil kursları haqqında məlumat verib.

 

O, eləcə də Urmiyə Universitetindən nümunələrə diqqət çəkərək həmin ocaqlar və dərgilərini idarə edən tələbələrin üzləşdiyi çətinliklər və məruz qaldıqları basqıları açıqlayıb.

 

“Millətçi türk tələbələr universitetlərin təhlükəsizlik qurumu tərəfindən təhdid edilirlər. Universitetlərdə dövlətə bağlı olan tələbə qruplarına hər növ imkan yaradılarkən Azərbaycan əhalisinin qanuni və təbii haqları uğrunda çalışan türk tələbələr universitetdən atılmaq kimi hədə-qorxular ilə qarşı qarşıya olurlar,” deyə Urmiyə Universitetinin tələbəsi əlavə edir.

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

http://www.amerikaninsesi.org/a/yasir-rencberi/3668503.html

 

GunAz TV



Türkiyənin Karabükündə "Güney Azərbaycan konfransı" keçirilib
11:30 / 29-03-2017
0 7 ARDI
Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri məhkəməyə çağırılıb – FOTO
11:20 / 29-03-2017
0 9 ARDI
Təbriz şəhərinin çoxlu problemi var – Şəhər Şurasının üzvü
11:24 / 23-03-2017
"Şərqi Azərbaycan"da əhalinin sayı?
12:57 / 17-03-2017
Bütöv Azərbaycan Ocaqlarının fəxri üzvü tutuqlandı
21:21 / 05-03-2017
Yürüş Mehrəlibəyli azadlığa buraxılıb
22:11 / 22-02-2017
Həbib Sasaniyan Beynəlxalq Ana Dili günü münasibəti ilə həbsxanadan mesaj göndərib - Səs Faylı
16:10 / 21-02-2017
Üç həftə əvvəl yaxalanan azərbaycanlı fəal Nasir Xülusi Təbrizin mərkəzi zindanına köçürülüb
12:43 / 15-02-2017
Mehdi Kuxiyan anasının ona müraciətindən sonra aclıq aksiyasını dayandırıb
14:11 / 11-02-2017
Araz Obalı: Problemsiz Azərbaycan İranın maraqlarına uyğun deyil – MÜSAHİBƏ
14:05 / 11-02-2017
Təbriz zindanında səhhəti ağırlaşan Həbib Sasaniyan xəstəxanaya aparılıb
13:40 / 05-02-2017
Maykl Filin: “İranın düşmənçilik rəftar və hərəkətlərinə göz yummaq dövrü artıq başa çatıb”
10:32 / 04-02-2017
Zindan məmurları Mehdi Kuxiyanı döyə-döyə həbsxananın karantin bölümünə aparıblar
10:30 / 04-02-2017
Məsud Pezeşkiyan: “Prezidentliyə namizədliyimi irəli sürməyim şəraitdən asılıdır”
10:28 / 04-02-2017
Mehdi Kuxiyan Marağa zindanında ağzını və qulaqlarını tikərək aclıq aksiyasına başladı
19:45 / 02-02-2017
Urmiyada 6 azərbaycanlı fəalın hər birisi 8 ay həbs cəzasına məhkum edilib – GÖRÜNTÜ
19:43 / 02-02-2017