BÜTÖV AZƏRBAYCAN OCAQLARI
6 türk fəalın məhkəməsi başlayıb

01:00 / 03-06-2017   /   baxış - 186

Aralarında keçən ilin may ayından bəri nəzarətdə saxlanılan Həbib Sasaniyanın da olduğu 5 milli fəalın məhkəməsinin birinci iclası may ayının 31-də Təbrizdə keçirilib.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi internet portalları bu haqda məlumat yayıblar.

Bu məlumata görə, fəallar İsmayıl Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunus Rəhimi və Babək Avənd mühakimənin keçirildiyi Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində hazır olublar. Həbib Sasaniyan isə “yalan və əsassız ittihamlara məruz qaldığına etirazını bildirmək üçün” məhkəməyə getməyib.

Həbib Sasaniyan
Həbib Sasaniyan


Hakim Bağırpurun rəhbərliyi ilə təşkil olunan məhkəmənin ikinci iclasının 20 gün sonra keçiriləcəyi bildirilir.

2016-cı ilin iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində “separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yaymışdı.

Tutulanların beşi nəzarət altına alındıqdan bir müddət sonra müvəqqəti şəkildə sərbəst buraxıldılar. Lakin Həbib Sasaniyan mühakimə edilmədən uzun müddət nəzarətdə saxlanılıb.

Sasaniyanın xanımı Fərəhnaz Fəkur keçən fevral ayında Amerikanın Səsinə müsahibədə həyat yoldaşının vəziyyətini şərh etmişdi. “Həyat yoldaşımın məsələsi türk dilidir, Azərbaycandır. O, casusluq etməyib,” deyə xanım Fəkur müsahibədə vurğuladı.

İran Azərbaycanında həbs edilən türk fəallar adətən “rejimə qarşı təbliğat”, “pantürkizm”, “casusluq”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlarda üzvlük” kimi ittihamlarla üzləşirlər.



Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib
14:00 / 25-08-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017