BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bəşəriyyət 26 Azər cinayətini tanımalıdır.

16:41 / 19-12-2014   /   baxış - 604


 

BAO.az. 16.12.2014. Yəqin kimsə buna etiraz etməz ki, biz, tarix yaddaşı iti olmayan bir toplumuq. Olanları tez unuduraq durumla barışar, heç nə olmamış kimi davam edərik. Bəlkə də bu xüsusiyyətdə pozitiv cəhətlər də araya bilərik. Amma unutqanlıq sindromu yaşayan toplumların tarixinə ekskurs etsək heç də uğurlu millət gerçəyilə üzləşməyəcəyik. Nə yazıq ki, bu əsnada bir zamanlar vətənimizin quzeyində yaşadıqlarımız güneyindən də yan keçməmişdir.
68 il öncə 1946-cı il dekabr ayında Pəhləvi rejiminin qoşunları Qəzvin hüdudlarından başlayaraq Güney Azərbaycan şəhərlərində amansızlıqla soyqırıma başladı. Zəncanda, Miyanada yüzlərlə soydaşımızı qanına qəltan edən Tehran qoşunu yol üstündə qarşısına çıxan qocaya,qadına, uşağa da rəhm etmədi. O tarixdən 6 onlik keçsə də düşünmürəm ki, Azərbaycan hələ də Miyanada Rüqəyyanın başına gətirilənləri, Şibli aşırımında fədai gənclərinin başlarının qurbanlıq kimi kəsilməsini , müctəhidlərin fədai qadınlarının namusunu halal elan etməsini tam unutmuşdur. Amma unutmasa belə zamanla üzləşdiyi durumla barışmaq məcburiyyətini yaşamışdır. Bir illik Milli Hökumət dönəmində İran cografiyasında görünməmiş inkişafa nail olmuşTəbrizin qan gölünə çevrildiyi o günlərdə tarix milllətimizə qarşı misli görünməmiş bir cinayətə də şahid oldu. 26 Azərda( 17 dekabr) Pəhləvi rejiminin qoşunları Təbrizi işğal edərkən minlərlə soydaşımızı qətlə yetirməklə yanaşı kitab qətliamı da həyata keçirdilər. Milli Hökumətin bir illik varlığı dönəmində çap olunan Ana dilimizdəki bütün kitablar küçələrdə qalanmış tonqallarda yandırıldı. Yeganə günahı ana dilimizdə yazılması olan minlərlə kitab..Heç bircə il belə övladlarımızın oxumasına macal tapmadığı Azərbaycan türkcəsindəki dərsliklər..Bu olay bəlkə də 20 ci əsrdə "Kitab qətliamı" kimi tarixə düşdü. Amma bəşəriyyət bu insanlığa zidd cinayətdən gerçəkdən xəbərdardırmı? Kitab qətlinə fərman verənlər və onların icraçıları haqda dünya ictimaiyyətini bu yöndə nə qədər məlumatlandıra bilmişik? Sivil dünyanı xüsusi eybəcərliyilə seçilən bu cinayət haqda məlumatlandırmaq üçün nə etmək gərəkir? Azərbaycanın diaspora qurumları bu yöndə hər hansı addım atmışdırmı? Məncə bütün bu suallar cavabsız qalacaq. Amma bəşəriyyət bu cinayəti mahiyyət etibarı ilə tanımalıdır. Və bu tanitma missiyası 21 Azər qürüru yaşayan bütün soydaşlarımızın öhdəsinə düşür. Gəlin, Seyid Cəfərlərin, Cavidlərin, Firidunların, Biriyaların bizə miras qoyduğu və tariximizdə cəmi bircə il balalarımızın öz analarının dilində oxuduqları o kitabların haqqını qismən də olsa bərpa edək.
Rüfət Muradlı



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022