BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Babək Bəxtavər: Britaniyada siyasi mükalimədə tolerantlıq səviyyəsi yüksəkdir [Audio-Müsahibə]

01:07 / 08-07-2016   /   baxış - 1143

Londonda yaşayan təbrizli fəal Amerikanın Səsinə müsahibədə Birləşmiş Krallıqda Brexit referendumu sonrası əhval-ruhiyyəni şərh etməklə yanaşı, Avropa və Yaxın Şərqdə ölkələrin ərazi bütövlüyünü müdafiə edənlər ilə istiqlalçı qruplar arasındakı münasibəti dəyərləndirib. Babək Bəxtavərin söylədiklərinə görə, Böyük Britaniyada bu mövzulara dair mübahisələrdə tolerantlıq və dözümlülük səviyyəsi Yaxın Şərqdəki ilə müqayisə edilməyəcək qədər yüksəkdir.

 

Milli fəal səsvermədən öncə Britaniyanın Avropa Birliyində qalmasına çağıranlar və birlikdən çıxmaq istəyənlərin təşkil etdiyi kampaniyaların fəaliyyətləri və irəli sürdükləri şüarlar haqqında danışıb. Həmin referendumda Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına səs verən Babək Bəxtavərin dediklərinə görə, hər iki qrup kampaniyalarını iqtisadiyyat, mühacirət, sülh və stabillik, suverenlik və ictimai xidmət kimi mövzular üzərində yürüdüblər.

 

Səsvermədən sonra Londonda minlərlə Avropa Birliyi tərəfdarı Brexit referendumunun nəticələrinə etiraz olaraq yürüş keçirib. Bundan əlavə referendumda çıxmağa səs verənlər arasında da peşmanlıq hissi duyanların mövcud olduğu bildirilir.

Babək Bəxtavər isə Böyük Britaniyanın Avropa Birliyindən çıxıb və ya qalması arasında xüsusilə iqtisadi baxımdan çox fərq olmadığını deyir.

Türk fəal həmçinin səsvermədən sonra Şotlandiya və Şimali İrlandiyada Birləşmiş Krallıq tərkibindən çıxmaq istiqamətində çağırış səslərinin yüksəlməsi haqqında da düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

Bəxtavər Britaniyada ərazi bütövlüyü və ya müəyyən bir bölgənin ölkənin tərkibindən çıxmasına dair mübahisələrdə nisbi tolerantlıq və dözümlülüyün mövcud olduğunu ifadə edir. O, Britaniyada bu mövzulara dair mövcud olan xoşgörüşün Yaxın Şərqdəki ilə müqayisə edilməyəcək qədər yüksək səviyyədə olduğunu vurğulayır.

“Bu gün Orta Doğunun durumuna, Suriya, İraq və İran kimi ölkələrin durumuna baxsaq, bu müqayisə edilməz bir şey olar. Çox ciddi bir tolerantlıq fərqi vardır. Mənim fikrimcə, burada həm ayrılmaq istəyənlər, həm də ona qarşı olanların münasibəti [Yaxın Şərqdə olanla] fərqlidir. Keçmişdə savaşlar olub, amma bu gün bu nəticəyə çatıblar ki, ən yaxşı yol və ən minimum zərər verən yol vətəndaşın seçiminə və millətin səsinə müraciət etməkdir... Amma, misal üçün bu gün İranda görürük ki, sadə bir ana dili məsələsini gündəmə gətirməkdə qalmışıq,” deyə təbrizli fəal əlavə edib.

Audio:

http://av.voanews.com/clips/VAZ/2016/07/05/7e440730-f175-4914-9d20-561dca41a68b.mp3

İstinad:Amerikaninsesi.org



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022