BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Dilavər Əzimli: İranda fars şovinizminə xidmət edən adı İslam, özü İslam olmayan bir din formalaşmışdır

00:53 / 22-04-2016   /   baxış - 1170

İran Dini Lideri Xamneyinin Ərdəbil əyaləti təmsilçisi Ayətullah Amili Hz. Mehdi zuhur ettiyi zaman Türklere qarşı savaşacağını iddia edib. Təbrizin Engəci mescidində danışan  Amili bu cümlələri işlədib: “İmami Zaman (Hz. Mehdi) Suriya və İraqda Türklərlə döyüşəcək. Türkiyədə kleçirilən son İstanbul toplantısı (İslami İş Birlik Toplantısı) dollar ve pul toplantısıydı.”

Bu şəxsin çıxışı İranın necə bir dövlət olduğunu ortaya qoyur. Əslində, bu ifadələri işlədən bu şəxs özü casus rolunu oynamaqla dünyanın iri güclərinin maraqlarına oynayır və İslam aləminin parçalanmasına birbaşa xidmət edir. Amili sözlərinin davamında Güney Azərbaycan Türkçüleri ve İranda Türk kültürünə xidmət edənləri İsrail casusu kimi qiymətləndirib: “İsrail 500 nəfəri İranda qövmlər arasında ixtilaf yaratmaq üçün hazırlamışdır. Təəssüf ki, bunların əsərlerini Təbrizdə göre bilirik və bizim yetkililərin buna qarşı ətraflı layihəsi yoxdur.”

Bütün bunlar göstərir ki, İran bu gün türkçülüyü özünə qarşı ən böyük maneə görür. Bu mənada bu cür adamları dilləndirir. Ondan fərqli olaraq biz hesab edirik ki, dinimiz birdir. Biz bir peyğəmbəri (ə), onun əhli-beytini (ə), Raşidi-xəlifələri (ə) və sahəbələri qəbul edirik. Bunun bariz nümunəsi Azərbaycanda məscidlərdə sünnilərlə şiələrin eyni imam arxasında namaz qılmalaqla vəhdət yaratmalarıdır. Əsl din adamı vəhdət uğrunda mübarizə aparıb bütün müsəlman dünyasına xidmət etməlidir. Bu şəxş göstərir ki, İranda fars şovinizminə xidmət edən adı İslam, özü İslam olmayan bir din formalaşmışdır. Bütöv Azərbaycan Ocaqlarının sözçüsü olaraq bu şəxsin söylədiklərinə kəskin etiraz edir və onu əsl İslam yoluna qayıtmağa səsləyirəm. Bu gün İranda "Haray, haray mən Türkəm!" deyən insanlara iftira yapışmaz. Bunlar Bütöv Azərbaycan uğrunda mücadilə aparan Böyük Azərbaycanın ən ləyaqətli nümayəndələridir və onların səsi bütün Azərbayacanı ayağa qaldıraraq bütövlüyümüz təmin etdirəcəkdir!

Dilavər Əzimli

Bütöv Azərbaycan Ocaqlarının (BAO) sözçüsü



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022