BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Fərhad Cavadi: Türkcə Adlar Sözlüyünü yazmağı özümə bir vəzifə bildim [Audio-Müsahibə]

12:32 / 25-01-2017   /   baxış - 2260

Beç cildlik “Türkcə İnsan Adları” sözlüyünün müəllifi Fərhad Cavadi 1990-cı illərdə dünyaya gələn qızına Türkay, oğluna isə Türk Aslan adını seçib. Urmiyədən Amerikanın Səsinə danışan araşdırmaçı yazar deyir ki, “Türkay adına şəxsiyyət vəsiqəsi almaq üçün 3 ay, Türk Aslan adına isə tam 6 ay dövlət qurumlarına gedib gəldim. Adlar üçün mənbə istəyirdilər. Bunun üçün bir türk adları sözlüyünü hazırlamağı özüm üçün bir vəzifə hiss etdim.”

 

Fərhad Cavadi keçən 20 il ərzində İran Azərbaycanında uşaqlarına türk adları seçən ailələrin qat-qat artmasını belə açıqlayır:

 

“O zamanlar təzyiq bundan da artıq idi. Getdikcə atmosfer yumşalmağa başladı. Adlar haqqında kitablar çap olundu. Bunun təsiri oldu. Bir də türk xalqı özü də bu inama çatdı ki, uşaqlarına türk adı seçsinlər... Bu da çox təsir göstərdi.”

 

Yazarın 1993-cü ildə dünyaya gələn qızının 3 ay, 3 il sonra dünyaya gələn oğlunun isə 6 ay boyunca şəxsiyyət vəsiqələri olmur:

“1372 günəş ilində mənim ilk uşağım, bir qızım oldu. Adını Türkay qoymaq istədim. Sicil idarəsi vermədi. Üç ay getdim gəldim, çox dartışma və get-gəldən sonra ala bildim. Ondan üç il sonra bir oğlum oldu. Adını Türk Aslan qoymaq istədim. Bu, tam altı ay çəkdi. 6 ay yol döydüm idarəyə. Çoxlu məktub yazmalar və get-gəldən sonra müsibətlə bu adları aldım. Bu, məndə bir vəzifə hissinin yaranmasına səbəb oldu ki, bir işlər görmək lazimdir. Çünki, uşaqlarıma ad seçəndə məndən mənbə istəyirdilər. Deyirdilər belə ad olmaz, bir mənbə göstər!”

Fərhad Cavadi “Türkcə İnsan Adları” sözlüyünün birinci cildini 2001-ci ilin fevral ayında 618 səhifədə nəşr etdi. Kitabın ikinci və üçüncü cildləri də daha sonra İrşad və Mədəniyyət Nazirliyinin icazəsi ilə işiq üzü görə bildi.

Yazarın söylədiklərinə əsasən, “İrşad və Mədəniyyət Nazirliyi müxtəlif bəhanələr gətirərək kitabın 4 və 5-ci cildlərinin çapına icazəsi verməyib. Amma istifadəçilər bu cildlərin PDF faylını əldə edə bilirlər.”

O əlavə edir, “4 və 5-ci cildin çapına icazə verilmədi. Min bəhanə gətirdilər. Misal üçün, dedilər bunun latin qrafikası olmasın. Mən də dedim, latin qrafikası olmasa ərəb hərfləri ilə olan iş deyil. Ərəb əlifbası ilə adın neçə tələffüzü olur... Mən dedim mən eşitdim. Çap icazəsi vermədilər.”

Cavadinin sözlərinə görə, uşaqları ya şirkət və dükanlarına seçdikləri türk adlarını qeydiyyatdan keçirmək istəyən bir çox insan Türkcə İnsan Adları kitabından bir mənbə kimi istifadə edib.

Yazar 1990-cı illərlə müqayisədə vəziyyətin xeyli yaxşılaşdığını ifadə edir. O, seçdikləri türk adlarını qeydiyyatdan keçirmək istəyənlərə tövsiyə edir ki, seçdikləri addan imtina etməsinlər.

“Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar, bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir nə ad olursa olsun,” deyə Fərhad Cavadi əlavə edir.

 

AUDİO:

http://www.amerikaninsesi.org/a/3675491.html

 

BAO.AZ



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022