BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Polis dəmir yolu qəzasında ölənlərin xatirəsinə mərasim keçirməyə icazə verməyib

11:16 / 02-12-2016   /   baxış - 256

Ötən günlərdə Təbriz-Məşhəd qatarının İranın Simnan vilayətində qəza keçirməsi çox sayda soydaşımızın ölüm və yaralanmasına səbəb oldu. Hadisə qurbanlarının xatirəsi Güney Azərbaycan şəhərlərində müxtəlif tədbirlərlə yad edilir.

 

Məlikanda onlarla gənc qız və oğlan Qazanlı məscidinin qarşısına toplaşaraq dəmir yolu qəzasında ölənlərin xatirəsinə şam yandırmaq istəyiblər, lakin polis qüvvələri mədəni fəallara mərasim keçirməyə icazə verməyib.

 

Şahidlərin verdiyi məlumata görə, polis əməkdaşları məscidin qarşısına toplaşan fəalların avtomobillərinin plaka nömrəsini qeyd etdikdən sonra onları ərazidən uzaqlaşdırıb.

 

Şahidlərdən biri GünAz TV mətbuat mərkəzinə bildirib ki, polis Mehdi Kuxiyan və Əli Zeynalini yaxalamaq istəyib, lakin ətrafdakı gənclərin müqaviməti nəticəsində bu mümkün olmayıb.

 

Məlikanlı fəallar dekabrın 1-i yerli vaxtla saat 15:00-da Qazanlı məscidinin qarşısında mərasim keçirməyi planlaşdırmışdır.

 

Xatırladaq ki, Noyabrın 25-i yerli vaxtla saat 7:45 dəqiqədə Təbriz-Məşhəd qatarı İranın Siman vilayətində ağır qəza keçirib. İran dövlət dəmir yolları idarəsinin diqqətsizliyi nəticəsində baş verən hadisədə ölənlərin sayının həddindən artıq olmasının əsas səbəbi, təcili yardım qruplarının hadisə yerinə gec çatması olub. Hadisədə 49 soydaşımız ölüb, 100-dən çox yaralı var.

 

BAO.AZ



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022