BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Həbib Sasaniyan Təbrizin mərkəzi zindanında yenidən aclıq aksiyasına başlayıb

10:26 / 10-08-2017   /   baxış - 39

Məhkəmə məsullarının verdiyi vəd və ailəsinin müraciətindən sonra ötən günlərdə aclıq aksiyasını dayandıran Həbib Sasaniyan avqustun 7-də yenidən aclıq aksiyasına başlayıb.

 

O məhkəmə məsullarının verdiyi vədə rəğmən müvəqqəti azadlığa buraxılması üçün təqdim edilən 350 milyon tümənlik mülki vəsiqənin qəbul edilməsində yaranan problemə görə quru aclıq aksiyasına başlayıb.

 

Fəal bundan öncə 54 gün aclıq çəkdikdən sonra avqustun 1-də aksiyasını dayandırmışdır. Onun bu müddət səhhətində ciddi problemlər yaranıb, qan təzyiqi və qanındakı şəkərin miqdari xeyli aşağı düşmüşdür. O aclıq aksiyası nəticəsində 22 kiloqram arıqlamışdır.

 

Başqa bir xəbərə əsasən, fəalın zindanda səhhəti yenidən pisləşib, o avqustun 8-də Təbriz zindanının poliklinikasına aparılıb.

 

H.Sasaniyan Təbrizin mərkəzi zindanında təxminən 15 aydır qeyri-müəyyən vəziyyətdə saxlanılır. O bu müddətdə qanunsuz saxlanıldığına etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib.

 

H.Sasaniyan 2016-cı il mayın 15-də Mehdi Əmirinəjad, Həmid Səqəfi, Babək Avənd, İsmail Əfxəmi və Yunis Rəhimi adlı 5 azərbaycanlı fəalla birlikdə Ərdəbildə yaxalanıb. O yaxalandığı gündən bəri müvəqqəti olaraq həbsxanada saxlanılır. Digər fəallar bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, əsassız etiraflar üçün ağır işgəncəyə məruz qalıblar.

 

43 yaşlı H.Sasaniyan iki uşaq atasıdır. O bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S



Urmu Gölünü Canlandırma Mərkəzi Azərbaycanın ölüm mərkəzinə çevrilib
12:23 / 18-08-2017
0 8 ARDI
"Parlamentdə türk adına həssaslıq var amma biz sözümüzün üstündəyik."
17:58 / 15-08-2017
Türk Bölgələri Fraksiyasının keçirdiyi iclasda hansı məsələlər müzakirə olunub?
17:40 / 15-08-2017
Ciloluq faciəsi rəsmən tanınmalıdır
14:31 / 14-08-2017
Urmiyənin millət vəkili Türk Bölgələri Fraksiyasının ləğv edildiyinə dair iddia ilə bağlı belə dedi
10:58 / 12-08-2017
Azərbaycanlı millət vəkili yeni Nazirlər Kabinetinə namizədlərin siyahısına etiraz edib, türk qövmündən heç bir nazir... 09 Avqust 2017 12:07
17:09 / 09-08-2017
Hüseyn Əli Məhəmmədi və Yürüş Mehrəlibəyli ilə bir qrup fəal arasında görüş olub – GÖRÜNTÜ A A A A GünAz TV: Avqustun 8-də bir qrup tanınmış azərbaycanlı fəal Hüseyn Əli Məhəmmədi və Yürüş (Ayət) Mehrəlibəyli ilə görüşüb
17:06 / 09-08-2017
Qərbi Azərbaycanda “Pejak” terrorçuları evlərə hücuma keçib
17:03 / 09-08-2017
Tehran Apellyasiya məhkəməsinin Siyamək Mirzayi ilə bağlı yekun qərarı açıqlanıb
15:15 / 30-07-2017
Qumda Azərbaycan Respublikasındakı dini ekstrimistlərə dəstək mərasimi keçirilib
23:54 / 17-07-2017
Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı saxlanılıb
23:45 / 17-07-2017
Aclıq aksiyasında olan Həbib Sasaniyan xəstəxanalıq olub
01:56 / 17-07-2017
Azərbaycanlı fəal Mənsur Seyfi məhkəməyə çağırılıb
00:32 / 09-07-2017
Urmiyəli fəal Əli Əzizi yeni ittihamla üzləşib
00:29 / 09-07-2017
Azərbaycanlı milli-mədəni fəal Qasim Mahmudi saxlanılıb
00:27 / 09-07-2017
Təbrizin 40 kilometrliyində əhalisi 18-ci əsrdə yaşayan kimi kəndlər var – Şəbistərin millət vəkili
22:55 / 07-07-2017