BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycanlı fəal Mənsur Seyfi məhkəməyə çağırılıb

00:32 / 09-07-2017   /   baxış - 26

Azərbaycanlı milli-mədəni fəal Mənsur Seyfi Əhərin İnqilab Məhkəməsinə çağırılıb.

Bu barədə GAMAC təşkilatının rəsmi saytında məlumat yayılıb.

Məhkəmənin göndərdiyi çağırış vərəqəsinə əsasən fəal avqustun 8-i yerli vaxtla saat 10:00-da məhkəməyə müraciət edib, irəli sürülən ittihamlara cavab verməlidir.

M.Seyfi ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə sistemin əleyhinə olan müxalif qruplara üzv olmaqda ittiham olunur.

Mənsur Seyfi 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə tutulan fəallar arasında olub. Mərasim keçirildiyi zaman təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədən silah və gözyaşardıcı qazla mərasimin keçirildiyi evə hücum edib, təxminən 80 fəalı yaxalayıblar. Çox sayda fəalla birlikdə yaxalanan M.Seyfi bir müddət saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycanlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Xəbər verdiyimiz kimi, ötən günlərdə azərbaycanlı fəallar Əkbər Əbulzadə, Süleyman Kazimi, Hamid Allahverdipur və Arəş Cəfəri də Əhər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.



Qumda Azərbaycan Respublikasındakı dini ekstrimistlərə dəstək mərasimi keçirilib
23:54 / 17-07-2017
Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı saxlanılıb
23:45 / 17-07-2017
Aclıq aksiyasında olan Həbib Sasaniyan xəstəxanalıq olub
01:56 / 17-07-2017
Urmiyəli fəal Əli Əzizi yeni ittihamla üzləşib
00:29 / 09-07-2017
Azərbaycanlı milli-mədəni fəal Qasim Mahmudi saxlanılıb
00:27 / 09-07-2017
Təbrizin 40 kilometrliyində əhalisi 18-ci əsrdə yaşayan kimi kəndlər var – Şəbistərin millət vəkili
22:55 / 07-07-2017
Babək qalası yığıncağında tutulanlar Əhər zindanına köçürülüb
22:44 / 07-07-2017
Güneydə türk fəallara qarşı basqılar artıb
20:41 / 04-07-2017
Həbib Sasaniyanın səhhəti aclıq aksiyasının 10-cu günündə ağırlaşıb
00:52 / 23-06-2017
Azərbaycanlı fəal Səid Məhəmmədi məhkəməyə çağırılıb
00:39 / 23-06-2017
Ərdəbildə məhbusların sayı getdikcə artır
00:43 / 10-06-2017
Abbas Lisani Meşginşəhr Məhkəməsinə çağırılıb
00:37 / 10-06-2017
“Azərbaycan” parkı məhv edilərək sıradan çıxarıldı
14:43 / 08-06-2017
Aslan Sultani: İran seçkilərində islahatçıların qorxu kampaniyası yaxşı işlədi
22:57 / 05-06-2017
6 türk fəalın məhkəməsi başlayıb
01:00 / 03-06-2017
Azərbaycanlı cütlük “Başına dolanım Urmu gölü” şüarı ilə yola düşüb…
00:52 / 03-06-2017