BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib

14:00 / 25-08-2017   /   baxış - 63

Tanınmış azərbaycanlı milli-mədəni fəal, Ərdəbil sakini Abbas Lisaninin oğlu Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsinə aparılaraq təhdid edilib.

Bao.az Güney Azərbaycan milli azadlıq cəbhəsinə istinadən xəbər verir ki, Əli avqustun 23-də qızıl məmulatlarının təmiri üçün lisenziya almaq məqsədi ilə Əmakin İdarəsinə müraciət edib. O həmin İdarədə olan 3 mülki geyimli məmur tərəfindən qanunsuz olaraq Polis İdarəsinin Təhlükəsizlik Bölümünə aparılıb, orada sorğu-suala tutularaq ciddi şəkildə təhdid edilib.

Məmurlar sorğu-sual zamanı ona deyib:

“Bu günədək sizin təhlükəsizlik qüvvələrində hər hansı dosyeniz olmayıb. Lakin sən və qardaşın Mehdi (Oktay) müəyyən mərasimlərə qatılırsız. Siz “Fitilə” verilişinə qarşı etirazlarda və Babək qalasında keçirilən builki mərasimdə iştirak edibsiniz. Hətta müxtəlif yerlərdə, o cümlədən evinizin önündə təhlükəsizlik qüvvələrindən şəkil də çəkibsiniz. Bütün bunlara görə sizə lisenziya almaq üçün Əsnaf Palatasına təqdim edəcəyiniz arayış verilməyəcək.”

Bunun cavabında Əli Lisani deyib:

“Mən və qardaşım çalışırıq ki, həm universitetdə təhsil xərclərimizi qazanaq, həm də ailəmizə yardım edək. Lisenziyaya gəldik də isə bu bizim haqqımızdır. Əgər siz öz mövqeyinizdən sui-istifadə edərək məni qanuni hüququmdan məhrum etmək istəyirsinizsə, o zaman mən öz haqqım üçün sizdən heç bir xahiş etməyəcəm.”

Bu söhbətdən sonra Ə.Lisani idarəni tərk etmək istəyib, lakin ona mülayim bir tonla bildirilib: “Sözsüz ki, biz bütün bunlara baxmayaraq sənin tələbini təmin edə bilərik. Amma bunun bir şərti var: Bizimlə əməkdaşlıq etməlisən.”

Ə.Lisani həmin məmurun cavabında deyib: “Sınanmışı sınamağın mənasız olduğunuz bilmirsinizmi?! Məgər atam Şiraz zindanında olanda cənab hakim Tahiri Fərd mən və qardaşıma həmin təklifi verəndə çox sərt cavab almadımı?!”

“Sizin diqqətinizə çatdırmaq istəyirim ki, əgər mən adi hüququmdan məhrum ediləcəyəmsə, mən və ailəmə qarşı etdiyiniz bütün təzyiqlər və son illərdə namərdcəsinə bizə qarşı yaratdığınız maneləri təfərrüatı ilə mətbuata çıxardacam. Bundan əlavə peşə fəaliyətimlə bağlı hüququmu bərpa etmək üçün digər qanuni üsullardan da istifadə edəcəm”- deyə Ə.Lisani sözlərinin davamında deyib.

Qeyd edək ki, İran rejimi Azərbaycan Milli Hərəkatı fəallarını müxtəlif yollar, xüsusi ilə də maliyyə sıxıntısı ilə mübarizə müydanından çıxarmağa çalışır. Bunun üçün də onların peşə fəaliyyəti ilə bağlı müxtəlif problemlər yaradılır.



Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017
Əmir Mərdani: Fəaliyyət olmayanda təşkilatlar bir-birinə hücum edir
12:31 / 24-08-2017
Təbrizin tarixi Ərk qalasında qazıntı işlərinin aparılmasının qarşısını almaq üçün etiraz aksiyasına çağırış edilib.
09:31 / 24-08-2017
Təbrizin tarixi Ərk Qalasında ağır texnika ilə qazıntıların qarşısını almaq üçün insan zənciri aksiyasına çağırış edilib.
13:50 / 23-08-2017
Qalada ağır texnika ilə qazıntı işləri aparılır
10:22 / 23-08-2017
Əkbər Cahangiri Kəleybər məhkəməsinə çağırılıb
10:20 / 23-08-2017
Almaniya səfiri: Urmu gölünün gərgin vəziyyəti məni kədərləndirdi
10:19 / 23-08-2017
Azərbaycanlı fəal Məhəmməd Nəcəfinin şərti azadlığa buraxılması ilə bağlı tələbi təmin olunmayıb
10:16 / 23-08-2017
Təbrizdə işçilərə zorla namaz qıldıran fabrika sahibinə geniş təpki var
17:42 / 21-08-2017
İran parlamenti hərbi müdafiə xərclərini 520 milyon dollar artırmağa səs verib
17:10 / 21-08-2017
İran nüvə işindən imtina etmədi
16:17 / 21-08-2017