BÜTÖV AZƏRBAYCAN OCAQLARI
"Şərqi Azərbaycan"da əhalinin sayı?

12:57 / 17-03-2017   /   baxış - 97

 

İran və Güney Azərbaycan şəhərlərində ümumi siyayıyaalma nəticələri İran Statistika Mərkəzi tərəfindən açıqlanıb.

 

Bu barədə Şərqi Azərbaycan Büdcə və Planlaşdırma Təşkilatının rəisi Davud Behbudi jurnalistlərə məlumat verib.

 

“2016-cı il sentyabrın 24-dən noyabrın 18-dək keçirilən ümumi siyahıyaalmanın rəsmi nəticələri artıq elan olunub. Statistik məlumata görə, cari ildə (İranda yeni təqvim ili martın 21-dən başlayır) Şərqi Azərbaycan əhalisinin sayı 2011-ci ildə (1390-cı il) keçirilən siyahıyaalmanın nəticələri ilə müqayisədə 185 min nəfər və yaxud .97 faiz artaraq 3 milyon 909 min 652 nəfər olub. Lakin vilayətimizdə əhalinin artım səviyyəsi ölkənin orta hesabından aşağıdır. Ötən dəfə keçirilən suyahıyaalmanın nəticəsinə görə də əhalinin sayısında .98 faiz artım müşahidə olunmuşdur. Halbuki, ölkədə artım səviyyəsi orta hesabla 1.24 faizdən ibarətdir”- deyə o bildirib.

 

Azərbaycan Büdcə və Planlaşdırma Təşkilatının rəisi Şərqi Azərbaycanda əhalinin artım səviyyəsinin aşağı olmasının səbəblərinə də toxunub. “Əhalinin sayında doğum sayı və mühacirət məsələsi böyük rol oynayır. Bizim vilayətdə təbii artım və doğum səviyyəsi aşağı, mühacirət edənlərin sayı isə yüksəkdir. Ona görə də artım səviyyəmiz aşağıdır”- deyə o bildirib.

 

D.Behbudinin sözlərinə görə, Şərqi Azərbaycan Vilayətində 2 milyon 809 min 424 nəfər şəhərlərdə, 1 milyon 100 min 220 nəfər isə kəndlərdə yaşayır.

 

Qeyd edək ki, Güney Azərbaycanda mühacirət problemi təkcə Şərqi Azərbaycan Vilayəti ilə məhdudlaşmır, Azərbaycanın bütün bölgələri gündən-günə işsizlik və yoxsulluq səbəbindən əhalidən boşalır. İnsanlar iş tapmaq üçün İranın digər bölgələri, xüsusi ilə də farsların yaşadığı şəhərlərə üz tuturlar.

 

BAO.AZ



Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib
14:00 / 25-08-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017