Oktyabrın 22-də İranda etiraz aksiyalarının 36-cı günü ilə eyni vaxtda dünyanın bir neçə şəhərində İran xalqlarının ümumölkə etiraz nümayişlərinə dəstək aksiyaları keçirilib.
Berlində keçirilən 80 min nəfərlik mitinqlə yanaşı Amerikanın paytaxtı Vaşinqtonda da nümayiş keçirilib.
"Ölüm olsun Xameneyiyə", "Ölüm olsun diktatura", "Qadın, həyat, azadlıq" şüarları səsləndirilən mitinqdə Amerikada yaşayan güney azərbaycanlılarda iştirak edib və "Azadlıq, Ədalət, Milli hökumət" şüarları veriblər, milli istəkləri əks etdirən plakarlar qaldırıblar.
Yayılan videolarda bir sıra panfarsist cərəyanlara bağlı şəxslərin güney azərbaycanlı aksiyaçılara səsləndirdikləri şürlar və daşıdıqları milli simvollara görə etiraz ediblər.
Gunaz.tv