BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Qərbi Azərbaycanda “Pejak” terrorçuları evlərə hücuma keçib

17:03 / 09-08-2017   /   baxış - 14
Qərbi Azərbaycanda “Pejak” terrorçuları evlərə hücuma keçib

Qərbi Azərbaycanda “Pejak” terrorçuları evlərə hücuma keçib

PKK terror təşkilatının İran qolu adlanan “Pejak” qruplaşması Qərbi Azərbaycan Əyalətinin şəhər və kəndlərində onlara yardım etməyən öz soydaşlarına belə rəhm etmir.

Yerli mətbuatın yaydığı məlumata görə, iyulun 18-də Xoy şəhərinin Qotur məntəqəsində yerləşən Kəfçerin kəndində Əjdər Qurbani adlı bir kürd, ailəsi ilə birlikdə “Pejak” terrorçularının hücumuna məruz qalıb. Belə ki, 4 nəfərdən ibarət olan terrorçu qrup adını çəkdiyimiz kənd sakininin evinə hücum edərək onun ailəsi, xüsusi ilə də həyat yoldaşını şiddətlə döyüb və onlardan pul tələb ediblər. Terrorçular bir  miqdar nağd pul və qızıl boyunbağı götürdükdən sonra evi tərk ediblər. Onlar hücum etdikləri evin ailə üzvlərini qətlə yetirməklə hədələyiblər.

“Pejak” terror qruplaşması törətdiyi cinayəti Əjdər Qurbaninin qruplaşma ilə əməkdaşlıq etmədiyi və onlara maddi yardım göstərmədiyi ilə izah edib.

Bir müddət öncə Qərbi Azərbaycan Əyalətinin Poldəşt məntəqəsində yerləşən Zəkirli kəndində də oxşar hadisə baş vermişdir. İyunun 25-i yerli vaxtla gecə saat 2 radələrində 8 “Pejak” terrorçusu Mustafa Firdosi adlı bir sərhədçinin evinə hücum edib, onu həyat yoldaşı və qızının gözü qarşısında gülləliyərək qətlə yetiriblər.

Kürdlərin hüquqları uğrunda mübarizə apardıqlarını iddia edən kütləvi informasiya vasitələrinin belə cinayətə səssiz qalması şübhəsiz ki, onların kürd əhalisi deyil, terror qruplaşmalarına xidmət etdiklərini göstərir. Onlar həmin qruplaşmaların Qərbi Azərbaycan Əyalətinə olan ərazi iddialarını təbliğ edərək kürd gənclərini qruplaşmalara meyilləndirir, belə hadisələr baş verdiyində isə səssiz qalırlar. İran rejimi isə kontroldan çıxmamaq şərti ilə qruplaşmaların bölgənin kürdləşdirilməsi uğrunda apardıqları fəaliyyətlərinə göz yumur, bununla da Qərbi Azərbaycan Əyalətində planlaşdırdığı demoqrafik tərkibin dəyişdirilməsinə şərait yaradır.



Urmu Gölünü Canlandırma Mərkəzi Azərbaycanın ölüm mərkəzinə çevrilib
12:23 / 18-08-2017
0 8 ARDI
"Parlamentdə türk adına həssaslıq var amma biz sözümüzün üstündəyik."
17:58 / 15-08-2017
Türk Bölgələri Fraksiyasının keçirdiyi iclasda hansı məsələlər müzakirə olunub?
17:40 / 15-08-2017
Ciloluq faciəsi rəsmən tanınmalıdır
14:31 / 14-08-2017
Urmiyənin millət vəkili Türk Bölgələri Fraksiyasının ləğv edildiyinə dair iddia ilə bağlı belə dedi
10:58 / 12-08-2017
Həbib Sasaniyan Təbrizin mərkəzi zindanında yenidən aclıq aksiyasına başlayıb
10:26 / 10-08-2017
Azərbaycanlı millət vəkili yeni Nazirlər Kabinetinə namizədlərin siyahısına etiraz edib, türk qövmündən heç bir nazir... 09 Avqust 2017 12:07
17:09 / 09-08-2017
Hüseyn Əli Məhəmmədi və Yürüş Mehrəlibəyli ilə bir qrup fəal arasında görüş olub – GÖRÜNTÜ A A A A GünAz TV: Avqustun 8-də bir qrup tanınmış azərbaycanlı fəal Hüseyn Əli Məhəmmədi və Yürüş (Ayət) Mehrəlibəyli ilə görüşüb
17:06 / 09-08-2017
Tehran Apellyasiya məhkəməsinin Siyamək Mirzayi ilə bağlı yekun qərarı açıqlanıb
15:15 / 30-07-2017
Qumda Azərbaycan Respublikasındakı dini ekstrimistlərə dəstək mərasimi keçirilib
23:54 / 17-07-2017
Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı saxlanılıb
23:45 / 17-07-2017
Aclıq aksiyasında olan Həbib Sasaniyan xəstəxanalıq olub
01:56 / 17-07-2017
Azərbaycanlı fəal Mənsur Seyfi məhkəməyə çağırılıb
00:32 / 09-07-2017
Urmiyəli fəal Əli Əzizi yeni ittihamla üzləşib
00:29 / 09-07-2017
Azərbaycanlı milli-mədəni fəal Qasim Mahmudi saxlanılıb
00:27 / 09-07-2017
Təbrizin 40 kilometrliyində əhalisi 18-ci əsrdə yaşayan kimi kəndlər var – Şəbistərin millət vəkili
22:55 / 07-07-2017