BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Zəka Sahib: Amili Hz. Mehdini xeyirə qarşı savaşan şəxs kimi təblig ediğ

00:25 / 22-04-2016   /   baxış - 1124

Türkiyədə baş tutan islam Əməkdaşliq Təşkilatının konfransından sonra İran narahat olmaya bilməzdi. Konfransdan qısa müddət sonra Xamneyinin Ərdəbil üzrə nümayəndəsi olan Seyid Həsən Amili öz xain xislətini biruzə verdi. Təbrizin "Əngəci" məscidində danışan Amili Hz.Mehdi zuhur edəndə Suriya və İraqda Türklərə qarşı savaşacağını, Türkiyədə keçirilən son toplantınıda "pul" toplantısı adlandırıb. Eyni zamanda Amili Güney Azərbaycan milli fəallarını İsrail casusu adlandırmaqla, milli fəallarımıza böhtan atmağa çalışıb. Amilinin  bu açıqlamaları məndə təəcüb doğurmadı. Çünki bu adam islam dinindən çox fars rejiminə xidmət edən biri olmaqla bərabər, fars rejiminin ant-islam əməllərinə islam donu geyindirməyə çalışan biri olduğunu  hər kəs bilir. Amilinin hikkəsi hətta o yerə gəlib çatıb ki,  Hz. Mehdini xeyirə qarşı savaşan şəxs kimi təblig edir. İŞİD basqısı ilə yanaşı Suriyada İran-Rus-Əsəd birliyinin zülmünə dirəniş göstərən və əzilən müsalmanları canları bahasına müdafiə edən Türklər olduğu halda, Amilinin türkü düşmən görməsi onun əsl xislətini ortaya qoyur. 

Nəzərə alaq ki, Amili həm də, terror təşkilatı "Hizbullah"ın əsas simalarından biridir. Rusiya siyasi hakimiyyəti işğalçı siyasətini Jirnoviskinin diliyə dediyi kimi, fars molla rejimi də, Amilidən bu məqsədlər üçün istifadə edir. Artiq bununla dəfələrlədi ki, Amili öz riyakar mövqeyini ortaya qoyur.  Güney Azərbaycan milli hərakatinın bu adamın cavabını verməsi düzgün və yerində atılmış addım olardı.

Son İstanbul toplantısına gəldikdə isə, İrandan başqa bütün dövlətlər səmimiyyətlə bir araya gəlməyə səy göstərirdi. İran isə bu toplantıda yürütdüyü anti-bəşəri siyasətə görə sanki ofsayda qalmışdı. Həm toplantının Türkiyədə keçirilməsi həm də, cumhurbaşqanı Ərdoğanın möhtəşəm çıxışı və islam dünyasına birlik çağırışı, Qarabağla bağlı prinsipal mövqeyi, onun ardinca baş nazir Davudoğlunun Qarabağ haqda, fələstin haqda ədalət çağrışı, islam ölkələrini bir mövqedən çıxış etməsi, görünür  İranın kefini pozub. Çünki ədalət anlayışı olan yerdə İran ola bilməz, İranın siyasi quruluşu buna tərs mütənasibdir.  cəhhənəmə gedən özünə yoldaş axtardığı kimi, iran da özü kimi islam pərdəsinə bürünmüş zalım rejim axtarir ki, mütəffiq olsun. İllərdir İranın özünü İslam dünyasının lideri kimi təbliğ etmək siyasəti də artıq fiaskoya uğrayır. Ədalət anlayışından baxsaq, İran rejiminin etdiyi haqsızlıqlar üzündən danışmağa üzü olmamalıdır. Özünü müsəlman sayan bu ağıldan sakat artıq qiyamətin əlaməti olan Hz. Mehdinin zuhurundan sonraki hadisələr barədə iftira danışır. Mən isə Amiliyə səslənirəm! Sən bir yox, bir neçə dəfə öləcəksən! Birincisi təmsil olunduğun fars molla rejimi tərəfindən qurulan edam hökümləri sənə də çatacaq. Əvvəl axır sən də dar ağacının qonağı olacaqsan. İkincisi  haqqında danışdığın Hz. Mehdi zühur etdiyi zaman sən bu gün olduğu kimi o zaman da, dəccalın yanında yer alacaqsan. Necə ki bu gün, yer almısan!  Özünü islam dövləti adlandıran İran, xaçpərəst ruslarla birləşərək Suriyada müsalmanların başına bomba yağdırır. Bütün bu cinayətlərinizə görə də, biləsiniz ki, Hz. Mehdinin düşmənləri elə sizin təmsil olunduğunuz İranın münafiq rejimi olacaq.

Xamneyini Putinlə qardaşcasına görüş keçirdiyi zaman Türkiyə Suriyada başına bomba töküb vətənindən didərgin saldığınız müsalmanlara qucaq açaraq təhlükəsiz yaşamlarını təmin edirdi. Eyni zamanda Türkiyə sizin münafiq rejiminizdən fərqli olaraq,  İslam dünyasının liderliyini qazanmış bir şərəfli dövlətdir.  Siz zalımın yanında oldugunuz zaman Türkiyə və onun cümhurbaşqanı zalımın önündə dayanaraq müsalman dünyasına sahib durmaq uğrunda mübarizə aparır. Şeytan Allahın qəzəbinə gəldiyi kimi, cənab Amili, sizin də İslam pərdəsinə bürüdüyünüz münafiq rejim mütləq Allahın qəzəbinə gələcək, bunu unutmayın!

Zəka Sahib

Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının

ictimai əlaqələr üzrə müavini   



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022