Təxminən 10 gün öncə Fərdin Əğmazi 3 illik həbs cəzasını çəkmək üçün Urmiyə zindanına müraciət edib və həbs olunub. Dekabrın 10-da (azərin 19-da) isə həmin bəhayi vətəndaşın həyat yoldaşı Fərəhnaz Müqəddəm (Əğmazi) 3 illik həbs cəzasını çəkmək üçün Urmiyə zindanına salınıb.
Keçən həftə daha bir bəhayi həbs olunub. Urmiyə sakini Neda Fürsətipurun barəsində çıxarılan məhkəmə qərarının icrası başlanılıb. O 6 aylıq həbs cəzasını çəkmək üçün Urmiyə zindanına salınıb.
Onlar Bəhayi təriqətini yaymaqda və sistemin əleyhinə təbliğdə ittiham olunub.