BÜTÖV AZƏRBAYCAN OCAQLARI
"Parlamentdə türk adına həssaslıq var amma biz sözümüzün üstündəyik."

17:58 / 15-08-2017   /   baxış - 50

 

Keçən günlərdə Təbriz millət vəkili Şəhabəddin Bimiqdar Türk Bölgələri Fraksiyasının yerinə başqa bir layihənin gündəmə alındığını açıqlamışdı. Amma Urmiyə millət vəkilləri Türk Fraksiyasına qarşı həssaslıqlara baxmayaraq fəaliyyətə davam edəcəklərini ifadə edirlər.

Urmiyədə fəaliyyət göstərən Yol Press media qrupu mövzu ilə bağlı Urmiyənin hər üç millət vəkilinə müraciət edib.

Yol Press-in veb səhifəsi və Telegram kanalında yayımladığı məlumata əsasən, muhafizəkar millət vəkili Nadir Qazipur fraksiyanın fəaliyyətə davam etdiyini söyləyib. 

Şəhabəddin Bimiqdar, deputat
Şəhabəddin Bimiqdar, deputat

 

Digər mühafizəkar millət vəkili Ruhullah Həzrətpur parlamentdə “Türk” adına həssaslığın olmadığını bəyan edərkən, islahatçı vəkil Hadi Bahadıri “Türk” adına qarşı həssaslıqların mövcud olduğunu, amma buna baxmayaraq fraksiyanı ayaqda tutmağa çalışdıqlarını ifadə edib.

“Fraksiyanın adı Türk Bölgələri Fraksiyasıdır. Biz sözümüzün üstündəyik,” deyə Hadi Bahadıri söyləyib.

Bu açıqlamalardan sonra Təbrizin islahatçı millət vəkili Bimiqdar deyib ki: “Məclisin başqanlıq heyəti fraksiyanın fəaliyyətinə icazə verməyib. Buna görə, bəzi millət vəkilləri həssaslıqları aradan qaldırmaq üçün fraksiyanın adının Şimal-Qərb Vilayətləri Fraksiyası olmasını təklif edirlər. Əlbəttə mən bunu qəbul etmirəm.”

Amma muhafizəkar vəkil Ruhullah Həzrətpur başqanlıq heyətinin Türk Fraksiyasının fəaliyyətinə icazə verdiyini irəli sürür.

Türk Bölgələri Fraksiyası ilə bağlı ziddiyyətli açıqlamalar yayımlanarkən, fraksiyanın başqanı Məsud Pezeşkiyan və sözçüsü Zəhra Sai indiyədək hər hansı bir izahat verməyiblər.

Urmiyəli vəkillər həmçinin Həsən Ruhaninin məclisə təqdim etdiyi yeni nazirlər siyahısı haqqında danışıblar. Həzrətpurun bildirdiyinə görə, “yeni kabinetdə Azərbaycanın sərhəd vilayətlərindən olan türk siyasətçilərə yer verilməyib, amma digər vilayətlərdən olan bir neçə türk nazirin adı siyahıda mövcuddur.”

 

 


Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib
14:00 / 25-08-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017
Əmir Mərdani: Fəaliyyət olmayanda təşkilatlar bir-birinə hücum edir
12:31 / 24-08-2017
Təbrizin tarixi Ərk qalasında qazıntı işlərinin aparılmasının qarşısını almaq üçün etiraz aksiyasına çağırış edilib.
09:31 / 24-08-2017
Təbrizin tarixi Ərk Qalasında ağır texnika ilə qazıntıların qarşısını almaq üçün insan zənciri aksiyasına çağırış edilib.
13:50 / 23-08-2017
Qalada ağır texnika ilə qazıntı işləri aparılır
10:22 / 23-08-2017
Əkbər Cahangiri Kəleybər məhkəməsinə çağırılıb
10:20 / 23-08-2017
Almaniya səfiri: Urmu gölünün gərgin vəziyyəti məni kədərləndirdi
10:19 / 23-08-2017
Azərbaycanlı fəal Məhəmməd Nəcəfinin şərti azadlığa buraxılması ilə bağlı tələbi təmin olunmayıb
10:16 / 23-08-2017
Təbrizdə işçilərə zorla namaz qıldıran fabrika sahibinə geniş təpki var
17:42 / 21-08-2017
İran parlamenti hərbi müdafiə xərclərini 520 milyon dollar artırmağa səs verib
17:10 / 21-08-2017