BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Azərbaycan” parkı məhv edilərək sıradan çıxarıldı

14:43 / 08-06-2017   /   baxış - 83

Ərdəbilin ən gözəl parklarından biri “Azərbaycan” parkı Təhsil Nazirliyinin Ərdəbil Vilayəti Şöbəsi tərəfindən məhv edilərək sıradan çıxarılıb.

Məlumata görə, Azadi şəhərciyində yerləşən park mayın 7-də Təhsil Şöbəsi tərəfindən təxrib edilərək sıradan çıxarılıb, bütün ağaclar ağır texnika vasitəsi ilə məhv edilib.

Kütləvi informasiya vasitələrində yayılan məlumata görə, parkın yeri Təhsil Şöbəsinə aiddir, bu orqan məhkəmə yolu ilə özünə aid olduğu ərazini Bələdiyyə İdarəsindən geri alıb.

“Fars” xəbər agentliyi bildirir ki, Bələdiyyə İdarəsi parkın ağaclarını müsaid bir vaxtda başqa əraziyə köçürmək üçün möhlət istəmişdir, lakin Təhsil Şöbəsi gözlənilmədən ağacların məhv edilməsinə başladı və bir neçə saat ərzində parkı təmami ilə sıradan çıxardı.

Ərdəbil Vilayəti Təhsil Şöbəsinin İcra işləri üzrə rəis müşaviri Hüseyn Bərzgər təmsil etdiyi orqanın məhkəmə hökmü əsasında ağacları kəsdiyini və bunu Polis İdarəsinin nəzarəti altında həyata keçirdiyini açıqlayıb.

Qeyd edək ki, “Azərbaycan” parkı o halda sıradan çıxarılıb ki, Ərdəbildə yeni yaşıllıq sahələrinin salınmasına ciddi ehtiyac var, ağacların məhv edilməsi ətraf-mühit baxımından şəhərdə əlavə problemə səbəb olacaq.



Qumda Azərbaycan Respublikasındakı dini ekstrimistlərə dəstək mərasimi keçirilib
23:54 / 17-07-2017
Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı saxlanılıb
23:45 / 17-07-2017
Aclıq aksiyasında olan Həbib Sasaniyan xəstəxanalıq olub
01:56 / 17-07-2017
Azərbaycanlı fəal Mənsur Seyfi məhkəməyə çağırılıb
00:32 / 09-07-2017
Urmiyəli fəal Əli Əzizi yeni ittihamla üzləşib
00:29 / 09-07-2017
Azərbaycanlı milli-mədəni fəal Qasim Mahmudi saxlanılıb
00:27 / 09-07-2017
Təbrizin 40 kilometrliyində əhalisi 18-ci əsrdə yaşayan kimi kəndlər var – Şəbistərin millət vəkili
22:55 / 07-07-2017
Babək qalası yığıncağında tutulanlar Əhər zindanına köçürülüb
22:44 / 07-07-2017
Güneydə türk fəallara qarşı basqılar artıb
20:41 / 04-07-2017
Həbib Sasaniyanın səhhəti aclıq aksiyasının 10-cu günündə ağırlaşıb
00:52 / 23-06-2017
Azərbaycanlı fəal Səid Məhəmmədi məhkəməyə çağırılıb
00:39 / 23-06-2017
Ərdəbildə məhbusların sayı getdikcə artır
00:43 / 10-06-2017
Abbas Lisani Meşginşəhr Məhkəməsinə çağırılıb
00:37 / 10-06-2017
Aslan Sultani: İran seçkilərində islahatçıların qorxu kampaniyası yaxşı işlədi
22:57 / 05-06-2017
6 türk fəalın məhkəməsi başlayıb
01:00 / 03-06-2017
Azərbaycanlı cütlük “Başına dolanım Urmu gölü” şüarı ilə yola düşüb…
00:52 / 03-06-2017