BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Güneydə türk fəallara qarşı basqılar artıb

20:41 / 04-07-2017   /   baxış - 120

Hüquq müdafiəçiləri son vaxtlar Güney Azərbaycanında milli fəallara qarşı basqıların artdığını bildirirlər. Keçən bir neçə gün ərzində Şərqi Azərbaycan vilayətində 15-dən artıq fəal nəzarət altına alınmış və ya İnqilab Məhkəmələrinə çağrılıb.

İnsan haqları qrupları və xəbər saytları iyunun 30-da Qaradağ bölgəsində yerləşən Babək Qalasında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan 13 vətəndaşın adını açıqlayıblar.

Tutulanlar Babək Qalasında təşkil olunmuş və milli tələblərin gündəmə gətirildiyi bir mərasimə qatılmışdılar. İştirakçılar hazırda Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirən fəal Siyamək Mirzayiyə dəstək məzmunlu plakatlar nümayiş etdiriblər.

 

Şərqi Azərbaycan, Babək Qalası - 30 iyun 2017
Şərqi Azərbaycan, Babək Qalası - 30 iyun 2017

Yayılan məlumata görə, nəzarət altına alınanlardan Araz Qaradaği, Məhəmməd Mərdi, Həsən Qaradaği, Rza Ağayi və Səccad Sıdqi 24 saat sonra sərbəst buraxılıblar.

Dörd digər fəal o cümlədən, Milad Əkbəri, Rahim Zarei, Hamid Veraci və Rahim Novruzi Əhər həbsxanasına köçürülüblər. İnqilab Məhkəməsi onları müvəqqəti sərbəst buraxmaq üçün mülki zəmanət tələb edib.

Tutulanlardan Murtaza Pərvin və Əkbər Cahangirinin Təbrizin Ettelaat həbsxanasına göndərildiyinə dair məlumat yayılıb. Güney Azərbaycan Televiziyası(Günaz TV) və AZOH kimi veb səhifələr bu iki fəalın işgəncəyə məruz qaldığını bildiriblər.

 

Şərqi Azərbaycan, Babək Qalası - 30 iyun 2017
Şərqi Azərbaycan, Babək Qalası - 30 iyun 2017

 

Güney Azərbaycanına dair məlumat yayan internet portalları həmçinin bir neçə türk fəal o cümlədən, Əkbər Əbulzadə, Süleyman Kazımi və Hamid Allahverdipurun İnqilab Məhkəməsinə çağrıldıqlarını bildirir.



Qumda Azərbaycan Respublikasındakı dini ekstrimistlərə dəstək mərasimi keçirilib
23:54 / 17-07-2017
Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı saxlanılıb
23:45 / 17-07-2017
Aclıq aksiyasında olan Həbib Sasaniyan xəstəxanalıq olub
01:56 / 17-07-2017
Azərbaycanlı fəal Mənsur Seyfi məhkəməyə çağırılıb
00:32 / 09-07-2017
Urmiyəli fəal Əli Əzizi yeni ittihamla üzləşib
00:29 / 09-07-2017
Azərbaycanlı milli-mədəni fəal Qasim Mahmudi saxlanılıb
00:27 / 09-07-2017
Təbrizin 40 kilometrliyində əhalisi 18-ci əsrdə yaşayan kimi kəndlər var – Şəbistərin millət vəkili
22:55 / 07-07-2017
Babək qalası yığıncağında tutulanlar Əhər zindanına köçürülüb
22:44 / 07-07-2017
Həbib Sasaniyanın səhhəti aclıq aksiyasının 10-cu günündə ağırlaşıb
00:52 / 23-06-2017
Azərbaycanlı fəal Səid Məhəmmədi məhkəməyə çağırılıb
00:39 / 23-06-2017
Ərdəbildə məhbusların sayı getdikcə artır
00:43 / 10-06-2017
Abbas Lisani Meşginşəhr Məhkəməsinə çağırılıb
00:37 / 10-06-2017
“Azərbaycan” parkı məhv edilərək sıradan çıxarıldı
14:43 / 08-06-2017
Aslan Sultani: İran seçkilərində islahatçıların qorxu kampaniyası yaxşı işlədi
22:57 / 05-06-2017
6 türk fəalın məhkəməsi başlayıb
01:00 / 03-06-2017
Azərbaycanlı cütlük “Başına dolanım Urmu gölü” şüarı ilə yola düşüb…
00:52 / 03-06-2017