BÜTÖV AZƏRBAYCAN OCAQLARI
GünAzTV bəyanat yaydı : “Birliyimizi qoruyaq...”

23:25 / 26-01-2017   /   baxış - 198

GünAz TV bəyanat yaydı : “Birliyimizi qoruyaq...”

Güney Azərbaycan Televiziyası İran və bölgədə mövcud olan həssas vəziyyəti nəzərə alaraq Azərbaycan Milli Hərəkatında birliyin əhəmiyyətini vurğulayan bəyanat yayıb.    

 

Bəyanatda deyilir:

“İrana hakim kəsilən irqçi və paniranist hökumətlərin siyasət və proqramları 90 ildən çoxdur ki, Azərbaycan türklərinin istismarına yönəlib. Türklərə qarşı aparılan siyasət bu gün də İranda fars hakimiyyəti tərəfindən davam etdirilir. Azərbaycan türk millətinin bütün tələb və etirazlarına baxmayaraq İran dövləti verdiyi vədlərin heç birini yerinə yetirməyib. İrqçi dövlətin məsuliyyətsiz və təxribatçı siyasəti nəticəsində 90 faizdən çoxu quruyan Urmu gölünə ayrılan büdcə vəsaiti hələ də təhvil verilməyib. Bu məsələ dövlətin Azərbaycan türk millətinin sosial tələblərinə qarşı laqeyd münasibətini açıq-aydın göstərir. Belə bir vəziyyətdə dövlət beynəlxalq sülh və təhlükəsizliyi təhlükə altına alaraq hər il Bəşşar Əsədin hakimiyyətdə qalması, Livan (Lübnan) “Hizbullah” təşkilatı və dünyanın müxtəlif ölkələrində digər terror qruplaşmalarına milyardlarla dollar pul xərcləyir. Konstitusiyanın (Anayasa) 15 və 19-cu maddələri yalnız kağız üzərində qalıb, bu qanunlar qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türklərinin milli hüquqlarının təmini istiqamətində icra edilmir. İrqçi dövlətin ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycan əhalisinin yarıdan çoxu işsizlik problemi ucbatından bölgədən köçərək fars bölgələrinə üz tutub. Şəhərlərin həndəvərində məskunlaşan soydaşlarımız ümumi rifah imkanlarından məhrum bir vəziyyətdə yaşayır. Güney Azərbaycanda əhali fars bölgələri ilə müqayisədə daha çox vergi ödədiyi üçün bölgədən çox sayda yatırımçı və mütəxəssis qüvvə uzaqlaşır, bu məsələ Güney Azərbaycanın müxtəlif məntəqələrini ildən-ilə daha pis vəziyyətə salır. Zəncan, Şərqi və Qərbi Azərbaycan vilayətləri və həmçinin digər türk bölgələri deputatlarının sözlərinə görə, Həsən Ruhani hökuməti gələn ilin büdcə layihəsində uzun illərdir yoxsul vəziyyətdə saxlanılmış Güney Azərbaycan məntəqələri üçün Tehran və İsfahan vilayətləri kimi fars bölgələrindən qat-qat çox vergi artımı nəzərdə tutub.

 

İranın irqçi və ayrı-seçkilik siyasətinə etiraz edən azərbaycanlılar isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılır, onlar məhkəmə orqanları tərəfindən uzunmüddətli həbslərə məhkum edilir. Bu üzdən hazırda İran İslam Cümhuriyyətinin zindanlarında çox sayda azərbaycanlı milli-mədəni fəal məhbus həyatı yaşayır. Güney Azərbaycandakı mövcud vəziyyət İranın müstəmləkəçi siyasətinin var gücü ilə davam etdiyini göstərir. Bu siyasət nəticəsində Azərbaycan türklərinin maddi və mənəvi sərvətləri talanır, siyasi və mədəni fəallar isə represialara məruz qalır.

 

Həmçinin Azərbaycan türklərinin and içmiş düşmənləri sayılan terrorçu kürd qruplaşmaları bölgədə öz fəaliyyətini artırıb. Bu məsələ Azərbaycan türk millətini daha çox məsuliyyətli olmağa vadar edir. Belə bir həssas şəraitdə terrorçu kürd qruplaşmaları ilə eyni istiqamətdə hərəkət etməkdən uzaq olmalı, bütün düşmənlərə, o cümlədən paniranist müstəmləkəçi siyasətə qarşı əl-ələ verib və bir-birimizlə işbirliyində olmalıyıq.

 

Dünyada olan digər Azadlıq Hərəkatları kimi, şəxslər, qrup və qurumlar arasında müxtəlif fikir və fərqli düşüncələrin olması olduqca təbii haldır. Bu bir-birinin fəaliyyətini gücləndirmək və mübarizəni təkamülə çatdıraraq Hərəkatı ortaq hədəflərə doğru aparmaqda əhəmiyyətli rol oynaya bilər. Fikir ayrılığını ortaq hədəfə doğru gedərkən zaman içində müzakirə, danışıq və dialoq yolu ilə minimum həddə çatdırmaq mümkündür.

 

Azərbaycan Milli Hərəkatı düşmənlərinin daha bir siyasəti fəallar arasında nifaq salmaq, səliqə səviyyəsində olan ixtilafları ziddiyyət və düşmənlik kimi göstərmək, birbaşa vəya dolayı yolla fəalları təxrib etmək və onları əhəmiyyətsiz məsələlərlə məşğul etməkdən ibarət olub. Halbuki milli şüurun güclənməsi və millətin öz haqqını tələb edərək etiraz səsini qaldırması Milli Hərəkatın düşmənlərini vahiməyə salıb. Azərbaycanlı fəallar hökumətin nifaq salma siyasəti ilə yaxşı tanışdır və bu siyasəti məğlubiyyətə uğratmağa da qadirdir. GünAz TV kollektivi inanır ki, özlərini sözdə milli fəal kimi göstərənlər tərəfindən bu mətbuat orqanına qarşı edilən bütün təxribatlara reaksiya verməməklə düşmənlərin planını pozub və ortaq fikirlərə söykənərək Güney Azərbaycanı İranın irqçi hakimiyyətindən qurtarmaq lazımdır. Televiziya bu istiqamətdə öz fəaliyyətini Azərbaycan Milli Hərəkatı çərçivəsində müxtəlif şəxslər, qrup və qurumlarla işbirliyi və qarşılıqlı yardımlaşmaya yönəldəcək.

Bu müqəddəs yolda bütün milli qüvvələrin birlik içində olmasına ümid edirik.”

 

GünAz TV

2017-ci il yanvarın 25-i

 

 

 

 

 

 

 

 



Qumda Azərbaycan Respublikasındakı dini ekstrimistlərə dəstək mərasimi keçirilib
23:54 / 17-07-2017
Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı saxlanılıb
23:45 / 17-07-2017
Aclıq aksiyasında olan Həbib Sasaniyan xəstəxanalıq olub
01:56 / 17-07-2017
Azərbaycanlı fəal Mənsur Seyfi məhkəməyə çağırılıb
00:32 / 09-07-2017
Urmiyəli fəal Əli Əzizi yeni ittihamla üzləşib
00:29 / 09-07-2017
Azərbaycanlı milli-mədəni fəal Qasim Mahmudi saxlanılıb
00:27 / 09-07-2017
Təbrizin 40 kilometrliyində əhalisi 18-ci əsrdə yaşayan kimi kəndlər var – Şəbistərin millət vəkili
22:55 / 07-07-2017
Babək qalası yığıncağında tutulanlar Əhər zindanına köçürülüb
22:44 / 07-07-2017
Güneydə türk fəallara qarşı basqılar artıb
20:41 / 04-07-2017
Həbib Sasaniyanın səhhəti aclıq aksiyasının 10-cu günündə ağırlaşıb
00:52 / 23-06-2017
Azərbaycanlı fəal Səid Məhəmmədi məhkəməyə çağırılıb
00:39 / 23-06-2017
Ərdəbildə məhbusların sayı getdikcə artır
00:43 / 10-06-2017
Abbas Lisani Meşginşəhr Məhkəməsinə çağırılıb
00:37 / 10-06-2017
“Azərbaycan” parkı məhv edilərək sıradan çıxarıldı
14:43 / 08-06-2017
Aslan Sultani: İran seçkilərində islahatçıların qorxu kampaniyası yaxşı işlədi
22:57 / 05-06-2017
6 türk fəalın məhkəməsi başlayıb
01:00 / 03-06-2017