BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Həbib Sasaniyanın səhhəti aclıq aksiyasının 10-cu günündə ağırlaşıb

00:52 / 23-06-2017   /   baxış - 138

Təbrizin mərkəzi zindanında iyunun 11-dən aclıq aksiyasına başlayan ərdəbilli milli-mədəni fəal Həbib Sasaniyan aksiyanı davam etdirir.

Bao.az Güney Azərbaycan milli azadlıq cəbhəsinə istinadən xəbər verir ki, aclıq aksiyasının 10-cu günündə azərbaycanlı fəalın səhhətinin ağırlaşdığı bildirilir, o həmçinin iyunun 20-də vəkilinin prosesə qatılmadığı səbəbindən üçüncü dəfə olaraq Təbriz İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatılmaqdan imtina edib, nəticədə proses iyulun 12-nə təxirə salınıb.

Həbib Sasaniyan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi tərəfindən irəli sürülən ittihamların yalan olduğuna, həmçinin uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlandığına etiraz olaraq iyunun 11-dən aclıq aksiyası keçirir.

Azərbaycanlı fəalın yaxınları onun ilk öncə normal aclığa başladığını, lakin bir həftə öncə quru aclıq aksiyasına keçdiyini qeyd ediblər. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi isə fəalı təhdid edərək bildirib ki, aclıq aksiyası ilə bağlı xəbər mətbuata çıxarılarsa, bu onun ailə üzvləri üçün təhlükəli olacaq.

Fəalın müvəqqəti saxlanma müddəti 14-cü aydır ki, Təbrizin İnqilab Məhkəməsi tərəfindən uzadılır.

Mayın 31-də Təbriz məhkəməsinin 3-cü şöbəsində hakim Bairpurun sədrliyi ilə azərbaycanlı fəallardan 5-nin məhkəmə iclası keçirilib. Çağırışa görə, Həbib Sasaniyan da məhkəməyə müraciət etməli idi, lakin o ETTELAAT İdarəsinin ona qarşı irəli sürdüyü yalan ittihamlar, məhkəmənin müstəqil olmaması və qaldırdığı vəsatətə baxılmamasına etiraz olaraq məhkəməyə müraciət etməkdən imtina edib.

Fəal aprelin 18-də də dosyesində bəzi sənədlərin yoxa çıxması səbəbindən məhkəmə iclasına qatılmaqdan imtina etmişdir.

Həbib Sasaniyan 2016-cı il mayın 15-də Mehdi Cavadzadə, Həmid Səqəfi, Babək Avənd, İsmail Əfxəmi və Yunis Rəhimi adlı 5 azərbaycanlı fəalla birlikdə Ərdəbildə yaxalanıb. O yaxalandığı gündən bəri müvəqqəti olaraq həbsxanada saxlanılır. Fəallar “Ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq” ittihamı ilə mühakimə olunur, lakin onlar irəli sürülən ittihamı qətiyyətlə rədd edir.

Ötən həftələrdə Təbrizin İnqilab Məhkəməsi təhlükəsizlik qüvvələrinin prosesə müdaxiləsi nəticəsində azərbaycanlı fəalın müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısını almaq məqsədi ilə onun barəsində bir milyard tümənlik mülki vəsiqə qərarı çıxarıb. Fəalın ailəsi isə ağır məbləğdə vəsiqəni təmin etmək imkanına malik olmadığını deyib. Bu arada ETTELAAT İdarəsi məsulları fəalı təhdid edərək bildiriblər ki, “xəbər mətbuata çıxarılmamalıdır, əks halda hətta mülki vəsiqə təmin olunsa belə, o azadlığa buraxılmayacaq.”

Azərbaycanlı fəal yüksək qan təzyiqi və böyrək xəstəliyindən əziyyət çəkir, onun şəhər xəstəxanasında müalicə olunmasına icazə verilmir.

ETTELAAT İdarəsinin bir çox yalan ittihamı ilə üzləşən  Həbib Sasaniyan, əslində Azərbaycan-Ermənistan münaqişəsi və Dağlıq Qarabağ qaçqınlarının acı həyatı ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulub.

44 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Həbib Sasaniyan evlidir, onun 11 və 15 yaşlı iki övladı var. Fəalın həbsdə olması səbəbindən onun ailəsi çətin güzəran keçirir, maddi sıxıntı çəkir. Ailənin dolanışığının  həddən artıq ağır olduğu barədə dəfələrlə məlumat yayılıb.



Qumda Azərbaycan Respublikasındakı dini ekstrimistlərə dəstək mərasimi keçirilib
23:54 / 17-07-2017
Azərbaycanlı milli-mədəni fəal Səfiyyə Qarabağlı saxlanılıb
23:45 / 17-07-2017
Aclıq aksiyasında olan Həbib Sasaniyan xəstəxanalıq olub
01:56 / 17-07-2017
Azərbaycanlı fəal Mənsur Seyfi məhkəməyə çağırılıb
00:32 / 09-07-2017
Urmiyəli fəal Əli Əzizi yeni ittihamla üzləşib
00:29 / 09-07-2017
Azərbaycanlı milli-mədəni fəal Qasim Mahmudi saxlanılıb
00:27 / 09-07-2017
Təbrizin 40 kilometrliyində əhalisi 18-ci əsrdə yaşayan kimi kəndlər var – Şəbistərin millət vəkili
22:55 / 07-07-2017
Babək qalası yığıncağında tutulanlar Əhər zindanına köçürülüb
22:44 / 07-07-2017
Güneydə türk fəallara qarşı basqılar artıb
20:41 / 04-07-2017
Azərbaycanlı fəal Səid Məhəmmədi məhkəməyə çağırılıb
00:39 / 23-06-2017
Ərdəbildə məhbusların sayı getdikcə artır
00:43 / 10-06-2017
Abbas Lisani Meşginşəhr Məhkəməsinə çağırılıb
00:37 / 10-06-2017
“Azərbaycan” parkı məhv edilərək sıradan çıxarıldı
14:43 / 08-06-2017
Aslan Sultani: İran seçkilərində islahatçıların qorxu kampaniyası yaxşı işlədi
22:57 / 05-06-2017
6 türk fəalın məhkəməsi başlayıb
01:00 / 03-06-2017
Azərbaycanlı cütlük “Başına dolanım Urmu gölü” şüarı ilə yola düşüb…
00:52 / 03-06-2017