Azərbaycan Milli Hökumətinin 69-cü ildönümü münasibəti ilə “21 Azər”lə bağlı tarixi gərçəkləri xatırlatmaq və Güney Azərbaycanın Milli Hərəkatı mövzusunda Almaniyanın Köln şəhərində mərasim keçirilib. Tədbirə Avropada yaşayan bir çox azərbaycanlı ziyalı, insan haqları fəalları və siyasi fəallar qatılıb.
Mərasimdə Jalə Təbrizli, Şərifə Cəfəri, Mir Musa Haşimi, Əlirza Ərdəbilli, Yunis Şamlu və Əhməd Mohebbi çıxış ediblər.