BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Məsud Pezeşkiyan: “Prezidentliyə namizədliyimi irəli sürməyim şəraitdən asılıdır”

10:28 / 04-02-2017   /   baxış - 236

Məsud Pezeşkiyan: “Prezidentliyə namizədliyimi irəli sürməyim şəraitdən asılıdır”

İran parlamentinin sədrinin müavini, Türkdilli Bölgələr Fraksiyasının rəhbəri Məsud Pezeşkiyan, fevralın 2-də jurnalistlərə açıqlamasında ABŞ-ın yeni prezidenti Donald Trampdan və ölkədə qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyindən danışıb.

Təbrizin Ticarət Otağı binasının problemlərinin araşdırılması ilə bağlı keçirilən iclasda jurnalistlərə açıqlama verən Pezeşkiyan, Amerikanın yeni prezidenti Donald Trampı müsəlmanlara qarşı zorbalıq etməkdə günahlandırıb: “Bu gün Amerikanın yeni prezidentinə baxanda görürsən ki, bu adam gələr-gəlməz zorbalıq etməyə başlayaraq 7 müsəlman ölkəsinin vətəndaşlarının Amerikaya girişinə qadağa qoyub. Bu isə səhv addımdır. Bu gün dünya birliyi soruşur ki, görəsən Tramp hansı haqla bunu edir. Bu sözləri deməkdə isə məqsədim odur ki, bizdə elə adamlar olmalıdır ki, onlarla (amerikalılarla) danışa bilsin. Bizim nə Amerikadan, nə də digər ölkələrdən heç nəyimiz əskik deyil. Bunu isə əməldə göstərməliyik”.

 

Təbrizli deputat,  qarşıdan gələn seçkilərdə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sualı da cavablandırıb: “Hələlik heç nə bəlli deyil. Bu barədə qəti qərar verməmişəm. Mənim prezidentliyə namizədliyimi irəli sürməyim şəraitdən və qarşıda baş verə biləcək olaylardan asıldır. Kim bilir, bəlkə də namizədliyimi irəli sürdüm”.

 

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri 2017-ci ilin iyun ayında (ordibeheştin 29-da) keçiriləcək.

 

GünAzTV

 

 

 



İranda kütləvi etirazlar davam edir, aksiyaçılar “Bəsic” qəragahına od vurublar- VİDEOLAR
21:45 / 06-01-2018
Molla rejiminə qarşı etirazlar səngimək bilmir, bir neçə şəhərdə etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb- VİDEOLAR
02:17 / 05-01-2018
Güney Azərbaycan şəhərlərində keçiriləcək etiraz aksiyasına Çağırış
02:12 / 05-01-2018
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçiriləcək
19:24 / 15-12-2017
Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb – GÖRÜNTÜ
19:58 / 08-12-2017
Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017