BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Qumda Azərbaycan Respublikasındakı dini ekstrimistlərə dəstək mərasimi keçirilib

23:54 / 17-07-2017   /   baxış - 125

İran Məhkəmə Sisteminin rəsmiləri Nardaran hadisələri terrorçuları və İslam Partiyası ekstrimistlərinə dəstək mərasimi keçirərək Azərbaycana qarşı bəyanat yayıblar.

Mərasim iyulun 16-ı Qum şəhərində Ədliyyə Şöbəsi və Qum Nur Mədəniyyət Mərkəzi tərəfindən keçirilib.

Qumda Seyid Əli Şah İmamzadəsi Məqbərəsi Kompleksində keçirilən mərasimə İranda dini təhsil alan bir çox Azərbaycan vətəndaşı da qatılıb. Mərasimdə Azərbaycana qarşı bəyanat qəbul olunub. Bəyanatda Nardaran hadisələri terrorçularının azadlığa buraxılması tələb edilərək Azərbaycanda müsəlmanların dini hüquqlarının pozulduğu qeyd olunub.

Mərasim çıxışçıları terror hadisəsi zamanı ölən ekstrimistləri şəhid adlandırıblar.

Mərasimdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) məsulları Azərbaycan Respublikasına qarşı yalan iddialarla çıxış ediblər.

nar1

Mərasimin əsas çıxışçısı Qum Əyaləti Ədliyyə Şöbəsinin Məhkəmə işləri üzrə rəis müavini Cəfər Rəməzani, Nardaran hadisəsi ilə bağlı tutulanların azadlığa buraxılnasını istəyib.

“Belə hadisələr dini daha da gücləndirir. Azərbaycanlı ruhanilər və dindarların islama zidd siyasətlərə qarşı müqaviməti, bu ölkədə dinin güclənməsinin sübutudur. Təəssüflə həmin hadisələrdə bir çoxları saxlanıldı, onlardan bəziləri hələ də həbsdədir”- deyə o bildirib.

nar2

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Azərbaycanın hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən, polis qüvvələri İran rejiminin təsiri altında olduqları deyilən islamçı ekstremistlərin atəşinə məruz qalmışdır. Bundan sonra polisə müqavimət göstərən dəstənin üzvlərindən 5-i zərərsizləşdirilib, hökumət qüvvələrindən isə 2 polis, ekstremistlərin açdığı atəş nəticəsində şəhid olub.

İran rejimi Azərbaycan Respublikası müstəqil olduğu gündən bu ölkənin dövlətçiliyinə qarşı müxtəlif yollarla mübarizə aparır. Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan dövlətinə yardım etmək, Azərbaycanda dini ekstrimist və terrorçu qruplar yaradıb onları gücləndirmək, Kütləvi İnformasiya Vasitələri ilə qonşu ölkəyə qarşı təbliğ etmək və s. İranın Azərbaycana qarşı izlədiyi siyasətin tərkib hissəsidir.

nar3 nar4 nar5 nar6



Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib
14:00 / 25-08-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017
Əmir Mərdani: Fəaliyyət olmayanda təşkilatlar bir-birinə hücum edir
12:31 / 24-08-2017
Təbrizin tarixi Ərk qalasında qazıntı işlərinin aparılmasının qarşısını almaq üçün etiraz aksiyasına çağırış edilib.
09:31 / 24-08-2017
Təbrizin tarixi Ərk Qalasında ağır texnika ilə qazıntıların qarşısını almaq üçün insan zənciri aksiyasına çağırış edilib.
13:50 / 23-08-2017
Qalada ağır texnika ilə qazıntı işləri aparılır
10:22 / 23-08-2017
Əkbər Cahangiri Kəleybər məhkəməsinə çağırılıb
10:20 / 23-08-2017
Almaniya səfiri: Urmu gölünün gərgin vəziyyəti məni kədərləndirdi
10:19 / 23-08-2017
Azərbaycanlı fəal Məhəmməd Nəcəfinin şərti azadlığa buraxılması ilə bağlı tələbi təmin olunmayıb
10:16 / 23-08-2017
Təbrizdə işçilərə zorla namaz qıldıran fabrika sahibinə geniş təpki var
17:42 / 21-08-2017
İran parlamenti hərbi müdafiə xərclərini 520 milyon dollar artırmağa səs verib
17:10 / 21-08-2017