BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ərdəbildə məhbusların sayı getdikcə artır

00:43 / 10-06-2017   /   baxış - 136

Ərdəbil Vilayəti Zindanlarının rəisi Murad Fətfi iyunun 8-də jurnalistlərlə görüşdə təmsil etdiyi vilayətdə məhbusların sayının artdığını bildirib.

M.Fəthinin sözləri “Mehr News” xəbər agentliyinin saytında yayılıb.

“Təəssüflə Ərdəbil vilayətində məhbusların sayı getdikcə artır. Onların böyük əksəriyyəti narkotik maddələri və maliyyə məsələləri ilə bağlı həbs cəzasına məhkum edilib”- deyə o açıqlayıb.

Ərdəbil Vilayəti Zindanlarının rəisi həmçinin məhbusların sayının azalması ilə bağlı çıxış yolu göstərməyə çalışıb. “Bəzi problemlər, insanlar həbs edilmədən öncə öz həllini tapmalı və bu məsələ məhkəmə prosesində əks olunmalıdır. Düşünürəm ki, belə bir şəraitdə məhbusların sayının azalmasına ümid etmək mümkündür”- deyə o bildirib.

M.Fəthi vurğulayıb ki, Ərdəbil vilayətində əhalinin sayına nisbətən maliyyə məsələləri ilə əlaqədar həbs olunanların sayı yüksəkdir.

Qeyd edək ki, Ərdəbil Vilayətində biri 18 yaşdan aşağı olanlara məxsus olmaqla 4 həbsxana mövcuddur. Məhbusların sayının çox olduğundan bölgədə daha bir neçə həbsxana tikilməkdədir.



Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib
14:00 / 25-08-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017