BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycanlı millət vəkili yeni Nazirlər Kabinetinə namizədlərin siyahısına etiraz edib, türk qövmündən heç bir nazir... 09 Avqust 2017 12:07

17:09 / 09-08-2017   /   baxış - 50

 

 

GünAz TV: May ayında keçirilən prezident seçkilərində ikinci dəfə qalib olan Həsən Ruhani avqustun 8-də bir məktubla yeni Nazirlər Kabinetinə namizədlərin siyahısını parlamentə təqdim edib.

 

Siyahıda nazir postlarına 17 namizədin adı yer alıb. Elm, tədqiqat və texnologiyalar naziri vəzifəsinə namizədin adı isə daha sonra açıqlanacaq.

 

Təqdim olunan siyahıda 3 nəfərdən başqa, qalan namizədlərin hamısı fars bölgələrindəndir.

 

Sözdə gender bərabərliyi və qadınların ictimai sahədə fəal iştirakını müdafiə edən Ruhaninin namizədləri siyahısında heç bir qadın yoxdur.

 

Siyahıya birinci etiraz edən Güney Azərbaycanın Mərənd və Culfa şəhərlərinin İran parlmanetindəki millət vəkili Məhəmməd Həsənnəjad olub.

 

Millət vəkili parlamentdəki çıxışında yeni kabinetdə heç bir türkün yer almamasını kəskin şəkildə tənqid edib.

“Prezident yeni kabinet üçün namizədlərin siyahısını parlamentə təqdim etdi. Təəssüflər olsun ki, bu siyahıda türk qövmündən olan heç bir namizəd gözə dəymir. Bu məsələ sual yaradır”- deyə o bildirib.

 

Təqdim olunan siyahının qəbuledilməz olduğunu deyən M.Həsənnəjad sözlərinin davamında deyib: “Prezidentdən çox gileyliyik. Bu qövmdən bir nəfər belə Nazirlər Kabinetinə layiq yox idi?! Vəziyyət belədirsə, ən azı hərhansı bir təşkilatda bir rəis vəya müavin elə yetişdirilsin ki, gələcəkdə bir neçə türk nazir kabinetdə yer alsın.”

 

Həsən Ruhaninin qadınları idarəetmədə görmək istəməməsi, kabinetin bütün üzvlərinin kişilərdən ibarət olması bir çoxları, xüsusi ilə də islahatçılar arasında narazılığa səbəb olub.

 

Həsən Ruhaninin qadın məsələləri üzrə müavini Şəhindoxt Mollavərdi yeni kabinetdə qadınların yer almamasına etiraz edib. Əslən Azərbaycan türkü olan xanım Mollavərdi bildirib ki, “12-ci hökumətin Nazirlər Kabinetində qadınların yer almaması onu göstərir ki, biz heç bir inkişafa nail olmamışıq.”

 

Bundan öncə Urmiyənin millət vəkilləri Nadir Qazipur və Ruhulla Həzrətpur yeni Nazirlər Kabinetində daha çox türk nazirlərin yer almasını tələb etmişdilər.

“Cənab prezident, nazirlərin siyahısında, türklərin sayı artırılsın. Əgər bacarıqlı, mütəxxəssis və məsuliyyətli türk əsilli nazir təqdim olunmayacaqsa, o zaman Fraksiyaya üzv olan 110 türk millət vəkilindən yeni nazirlər kabinetinə etimad rəyi gözləməyin. Öz ləyaqətini sübut edən parlamentdəki millət vəkilləri, bacı və qardaşlarımızdan nazirlər kabinetində istifadə olunmalıdır”- deyə N.Qazipur vurğulamışdır.

 

Türklərin nazirlər kabinetində yer alması məsələsi ilk dəfədir ki, azərbaycanlı vəzifəli şəxslər tərəfindən rəsmi şəkildə tələb olunur. Şübhəsiz ki, bu Güney Azərbaycanda gedən ictimai-siyasi proseslər və sosial tələbatla bağlıdır.

 

 

 



Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib
14:00 / 25-08-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017
Əmir Mərdani: Fəaliyyət olmayanda təşkilatlar bir-birinə hücum edir
12:31 / 24-08-2017
Təbrizin tarixi Ərk qalasında qazıntı işlərinin aparılmasının qarşısını almaq üçün etiraz aksiyasına çağırış edilib.
09:31 / 24-08-2017
Təbrizin tarixi Ərk Qalasında ağır texnika ilə qazıntıların qarşısını almaq üçün insan zənciri aksiyasına çağırış edilib.
13:50 / 23-08-2017
Qalada ağır texnika ilə qazıntı işləri aparılır
10:22 / 23-08-2017
Əkbər Cahangiri Kəleybər məhkəməsinə çağırılıb
10:20 / 23-08-2017
Almaniya səfiri: Urmu gölünün gərgin vəziyyəti məni kədərləndirdi
10:19 / 23-08-2017
Azərbaycanlı fəal Məhəmməd Nəcəfinin şərti azadlığa buraxılması ilə bağlı tələbi təmin olunmayıb
10:16 / 23-08-2017