BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb – GÖRÜNTÜ

19:58 / 08-12-2017   /   baxış - 81

Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb – GÖRÜNTÜ

Ərdəbilli milli-mədəni fəallar şəhərin müxtəlif yerlərində azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asıblar.

 

Dekabrın 6-dan 7-nə keçən gecə asılan posterlər üzərində Siyamək Mirzayi, Lətif Həsəni və Nasir Xülusinin şəkilləri əks olunub.

 

Adı çəkilən fəallar Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə İran rejimi tərəfindən qondarma ittihamlarla uzunmüddətli həbslərə məhkum edilib.

 

Fəallar bu vasitə ilə azərbaycanlı siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

 

S.Mirzayi öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Lətif Həsəni isə azərbaycanlı fəallar Ayət (Yürüş) Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Qulizadə ilə birlikdə 2013-cü il aprelin 29-da Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il həbs cəzasına məhkum edilib. Toplam olaraq 9 il həbsə məhkum edilən fəallardan hazırda təkcə L.Həsəni həbsdədir, digərləri bir neçə il həbsdən sonra sərbəst buraxılıb. L.Həsəninin ailəsinin cəhdləri isə bu günə qədər nəticə verməyib, məhkəmə onun şərti azadlığa buraxılmasını təmin etmir.

 

Azərbaycanlı fəal N.Xülusi isə 2017-ci il iyunun 28-də Urmiyə Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən 6 il azadlıqdan məhrum edilib. O oktyabrın 30-da İranın təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə yaxalanaraq zindana aparılıb.

 

GünAz TV.



İranda kütləvi etirazlar davam edir, aksiyaçılar “Bəsic” qəragahına od vurublar- VİDEOLAR
21:45 / 06-01-2018
Molla rejiminə qarşı etirazlar səngimək bilmir, bir neçə şəhərdə etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb- VİDEOLAR
02:17 / 05-01-2018
Güney Azərbaycan şəhərlərində keçiriləcək etiraz aksiyasına Çağırış
02:12 / 05-01-2018
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçiriləcək
19:24 / 15-12-2017
Paniranistlər dərsliklərdə Ermənistan üçün uydurma tarix yaradır
22:34 / 29-10-2017
Hər bir güney azərbaycanlı bir növ milli ruh daşıyır - Türkiyə parlamentinin keçmiş deputatı - Video
22:26 / 29-10-2017
Ərdəbildə milli-mədəni fəal Mehdi Dustdar saxlanılıb
22:25 / 29-10-2017
Mühəndis Əmani vəfatının 9-cü ildönümündə anılıb
22:21 / 29-10-2017
İraq Türkmən Cəbhəsinin lideri Ərşəd Salehidən Güney Azərbaycan türk millətinə növbəti təşəkkür Mesajı
01:11 / 25-10-2017
Əhər məhkəməsi 7 fəalı 58 ay həbs cəzasına məhkum edib
00:54 / 25-10-2017
Azərbaycanlı fəallardan Kərkükdə dəstək – Urmiyədə / Video və Görüntü
12:28 / 22-10-2017
Türk dili və ədəbiyyatının payız kursları fəaliyyyətə başlayır – Zəncanda
00:44 / 14-10-2017
Türk dilinin tədrisi Şərqi Azərbaycanın əsas prioritetlərindən biridir - Azərbaycanlı millət vəkili
21:33 / 26-09-2017
Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017