BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Türk Bölgələri Fraksiyasının keçirdiyi iclasda hansı məsələlər müzakirə olunub?

17:40 / 15-08-2017   /   baxış - 45

Avqustun 13-də Türk Bölgələri Fraksiyasına üzv deputatlar prezident Həsən Ruhani tərəfindən yeni kabinetə təklif edilən namizədlərlə birgə iclas keçiriblər.

Fraksiyanın sözcüsü, Təbrizin millət vəkili Zəhra Sainin sözlərinə görə, azərbaycanlı deputatlar iclasda önəmli məsələlərə toxunub.

“Bu iclasda millət vəkilləri təmsil etdikləri bölgələrin problemlərindən danışaraq nazir postuna namizədlərdən problemlərin həlli ilə bağlı planlarını açıqlamağı istəyiblər. “Traxtur” futbol komandasına dəstək vermək, ana dilinin tədrisi ilə bağlı konstitusiyanın 15-ci maddəsinin icrası, Urmu gölü böhranı, bölgədə mövcud olan su böhranı və s. deputatlarla kabinetə namizədlər arasında müzakirə olunan əsas mövzular olub.

Z.Sai “Xəbər Online”ın müxbiri ilə danışıqda 15-ci maddənin icrasını Azərbaycan əhalisinin əsas istəklərindən biri olduğunu deyərək qeyd edib ki, “bu barədə Kəşfiyyat naziri postuna təklif olunan namizədə bildirildi ki, 15-ci maddənin icrası üçün lazımi şərait yaradılmalıdır. Bu məsələ təhlükəsizlik məsələsi kimi qələmə verilməməlidir.”

Azərbaycanlı millət vəkili əlavə edib ki, hələlik kimsənin namizədliyi irəli sürülmədiyi Elm, tədqiqat və texnologiyalar naziri postuna bir azərbaycanlının gətirilməsinə cəhd göstəriləcək.

Z.Sai xəbər agentliyinə verdiyi müsahibədə təəssüflə “Türk Bölgələri Fraksiyası” deyil, rejim tərəfindən gizlicə təhmil edilən “Şimal-qərb Deputatları Fraksiyası” ifadəsindən istifadə edib.

Bir çox millət vəkili rejimin bütün təzyiqlərinə baxmayaraq “Türk Bölgələri Fraksiyası” ifadəsini saxlamağa çalışdığı halda, Təbrizin millət vəkili Məsud Pezeşkiyan da anti-türk cərəyanların nümayəndəsi kimi Teleqram kanalında “Türk Bölgələri Fraksiyası” ifadəsinin əvəzinə “Ölkənin Şimal-Qərb Fraksiyası” sözündən istifadə edib.

Bu arada Urmiyənin millət vəkili Nadir Qazipur yeni nazirlər  kabinetində daha çox türk nazirə yer verilməsi ilə bağlı verdiyi açıqlamaya qarşı çıxış edib. millət vəkili “Anac”xəbər agentliyi ilə qısa danışığında bildirib ki, “biz Nazirlər Kabinetinə namizədlərə fraksiya prinsipi ilə deyil, namizədlərin qabliyyəti və bacarığına əsasən səs verəcəyik.”

“Biz yeni nazirlər kabinetində Azərbaycandan bir neçə nazir görmək istəyirdik, lakin bu mümkün olmadı. Hər halda Elm, tədqiqat və texnologiyalar naziri vəzifəsinə bir türkün gətirilməsi məsələsi gündəmdədir”- deyə N.Qazipur bəyan edib.

Xəbər verdiyimiz kimi, İranda ikinci dəfə prezident seçilən Həsən Ruhani avqustun 8-də yeni kabinetə namizədləri parlamentə təqdim edib.

Təqdim olunan siyahıda nazir postlarına yer alan 17 namizəddən 3-ü istisna olmaqla digərləri fars bölgələrindəndir. Elm, tədqiqat və texnologiyalar naziri vəzifəsinə namizədin adı isə daha sonra açıqlanacaq. Yeni hökumət üzvlüyünə namizədlər arasında qadın yoxdur.

Nazirlər Kabinetinə namizədlərin siyahısı parlamentə təqdim olunmadan Urmiyənin millət vəkilləri Nadir Qazipur və Ruhulla Həzrətpur 12-ci hökumətdə daha çox türk nazirlərinin yer almasını tələb etmişdilər.

“Cənab prezident, nazirlərin siyahısında, türklərin sayı artırılsın. Əgər bacarıqlı, mütəxxəssis və məsuliyyətli türk əsilli nazir təqdim olunmayacaqsa, o zaman Fraksiyaya üzv olan 110 türk millət vəkilindən yeni nazirlər kabinetinə etimad rəyi gözləməyin. Öz ləyaqətini sübut edən parlamentdəki millət vəkilləri, bacı və qardaşlarımızdan nazirlər kabinetində istifadə olunmalıdır”- deyə N.Qazipur vurğulamışdır.



Ərdəbildə ana dilində təhsil tələbi ilə bildiriş vərəqələri yayılıb - GÖRÜNTÜ
22:19 / 24-09-2017
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə...
00:22 / 16-09-2017
Güneyli Milli fəallar Təbrizin “Səhənd” stadionunda şüarlar səsləndiribılər - VİDEO
23:40 / 15-09-2017
Parsabadda “Cənab nazir, Muğan yolu haqqında düşün” kampaniyası başladılıb
21:50 / 15-09-2017
Əli (Atilla) Lisani Polis İdarəsinin Təhlükəsizlik Bölməsində təhdid edilib
14:00 / 25-08-2017
Milad Əkbəri Kəleybər məhkəməsinə çağırılıb
13:56 / 25-08-2017
Azərbaycanın milli kimliyini müsafiə edən yerli məsullardan ikisi vali tərəfindən vəzifələrindən uzaqlaşdırılıb
13:54 / 25-08-2017
Əmir Mərdani: Fəaliyyət olmayanda təşkilatlar bir-birinə hücum edir
12:31 / 24-08-2017
Təbrizin tarixi Ərk qalasında qazıntı işlərinin aparılmasının qarşısını almaq üçün etiraz aksiyasına çağırış edilib.
09:31 / 24-08-2017
Təbrizin tarixi Ərk Qalasında ağır texnika ilə qazıntıların qarşısını almaq üçün insan zənciri aksiyasına çağırış edilib.
13:50 / 23-08-2017
Qalada ağır texnika ilə qazıntı işləri aparılır
10:22 / 23-08-2017
Əkbər Cahangiri Kəleybər məhkəməsinə çağırılıb
10:20 / 23-08-2017
Almaniya səfiri: Urmu gölünün gərgin vəziyyəti məni kədərləndirdi
10:19 / 23-08-2017
Azərbaycanlı fəal Məhəmməd Nəcəfinin şərti azadlığa buraxılması ilə bağlı tələbi təmin olunmayıb
10:16 / 23-08-2017
Təbrizdə işçilərə zorla namaz qıldıran fabrika sahibinə geniş təpki var
17:42 / 21-08-2017
İran parlamenti hərbi müdafiə xərclərini 520 milyon dollar artırmağa səs verib
17:10 / 21-08-2017