BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“21 Azər” ərəfəsində paniranistlər Azərbaycana qarşı tədbir keçiriblər

16:41 / 19-12-2014   /   baxış - 462
 
BAO.az. 17.12.2014. Azərbaycan türkləri “21 Azər”in 69-cü ildönümünü müxtəlif tədbirlərlə qeyd etdikləri halda paniranistlər də əks tədbirlər keçirir.

1945-ci il azər ayının 21-də (hicri şəmsi tarixi ilə 1324-cü il dekabrın 12-si) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Milli hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. “S.C.Pişəvəri Milli Azadlıq Hərəkatının ən önəmli şəxslərindən biri olub. Onun yaratdığı hökumətin adı Azərbaycan Milli Hökuməti idi və bu, Azərbaycan tarixinə, milli oyanış hərəkatına əvəzolunmaz töhfələr verib”. Bu hadisə tarixə “21 Azər Hərəkatı” kimi düşüb. Bu münasibətlə həmin günün ildönümündə soydaşlarımız tərəfindən bir sıra tədbir və mərasimlər həyata keçirilir. Bu arada fars şovinizmi də sakit oturmur.

Keçən günlərdə Tehran universitetinin ədəbiyyat fakultetində “İran və Azərbaycan ikinci dünya müharibəsindən sonra” mövzusunda seminar keçirilib. Bu seminarda məşhur paniranist irqçilər o cümlədən Kavə Bəyat, Ehsan Huşmənd, Mənsur Həqiqətpur və Salar Seyfəddini çıxış ediblər.

Bütün çıxışçılar bir çox təhrif və yalanlarla yanaşı cinayətkar Pəhləvi rejimini Azərbaycanın qurtarıcısı kimi təqdim edib, mərhum Pişəvəri və onun silahdaşları xain kimi göstəriblər. Onlar Milli Hökumətin bir illik fəaliyyət dövründə gördüyü inanılmaz xidmətləri gizlədərək onu dağıdıcı bir hökumət kimi qələmə veriblər.

Sözü gedən tədbirdə Milli Hökumətin qurucularından başqa Azərbaycan türk milləti də təhqir olub. Onlar Azərbaycan türklərini  Pişəvəri və onun silahdaşlarına qoşulduğuna görə onları nadanlıq və cahillikdə ittiham ediblər.

Lakin paniranistlər bir məsələyə nə indi və nə digər tədbirlərdə heç vaxt işarə etməyiblər. Cinayətkar Pəhləvi Hakimiyyətinin Azərbaycanda törətdiyi qətliamlar, Demokrat Firqəsi üzvlərininin diri-diri yandırılması, onminlərlə insanın sürgün edilməsi, Təbrizdə türkcə yazılmış kitabların yandırılması və s. kimi cinayətlərdən söz açılmayıb!



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022