BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycanlılardan xəbərdarlıq- Qan töküləcək

22:26 / 24-04-2017   /   baxış - 72

Kərkükdə türkman varlığı və reallığını dəyişdirməyə imkan verməyəcəyik.

Bunu “Anadolu” agentliyinə açıqlamasında İraq Türkman Cəbhəsinin lideri Ərşad Salihi söyləyib.

“Kərkükdə kürd siyasi partiyaları bayraq böhranı yaradıblar və bununla fitnəni başladıblar.

Təktərəfli qərarlar və əmrlərlə türkman varlığını Kərkükdən silmək olmaz. Bu cür mövqelər sayəsində tərəflər arasında yalnız ölümlər olacaq.

Kərkükün təhlükəsizliyi üçün birgə yaşamalıyıq”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə Kərkük valiliyi şəhərdə İraq bayraqları ilə yanaşı, kürd bayraqlarının da asılması haqqında qərar qəbul edib.

Bu, türkmanların və ərəblərin etirazına səbəb olub.

Üstəlik, İraq Kürd Muxtar Vilayəti yenidən Kərkükün öz ərazisi olduğunu iddia etməyə başlayıb. Hazırda bölgə de-yure Bağdada, de-fakto isə Ərbilə tabedir.

Şəhərin kürdlərin tabeliyinə keçməsi İŞİD-in bölgəyə hücumlarından sonra başlayıb

Əməliyyatlar başa çatana qədər ərazini müdafiə edəcəyini söyləyən Ərbil buraya indiyə qədər İraq əsgərlərini buraxmır. İraq hökumətinin 1959-cu ildə elan etdiyi son göstəricilərə görə, İraq əhalisinin təxminən 9%-ni (567,000 nəfər – red.) türkmanlar təşkil ediblər.

Statistikada həmçinin Kərkük vilayətindəki əhalinin yarıdan çoxu (180,000 nəfər) türkmanlar, 1/3-i isə kürdlər olaraq göstərilib.

Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər – red.) isə tükmanlar ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən azaldılıb.

Üstəlik, həm Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə şəhərə kütləvi şəkildə ərəb və kürdlərin köçü təşkil edilib.

Xatırladaq ki, türkmanlar Azərbaycan türkləridir.



Salehi: “Amerikanın “Sepah”ı terrorçu qruplar siyahısına daxil etməsini, ölkəmizə qarşı müharibə elan edilməsi kimi qəbul edəcəyik”
00:52 / 14-10-2017
Amerika Antiterror Mərkəzinin rəhbəri: "İran və “Hizbullah” Azərbaycanda teraktlar hazırlayırdı"
22:48 / 28-09-2017
BAO üzvünün Kərkük ilə bağlı Ərşad Salehiyə müraciəti - VİDEO
22:11 / 26-09-2017
“Orta Doğuda mövcud hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa keçiriləcək
23:46 / 20-09-2017
İraq Türkmən Cəbhəsinin lideri: “Bərzani Kərkükü kürd bölgəsinə daxil etmək istəyir, torpaqlarımızı müdafiə edəcəyik
22:43 / 19-09-2017
Çinin əbədi başağrısı:zamanında imperiya qurmuş uyğurların azadlıq mücadiləsi - Araşdırma
17:49 / 23-08-2017
İraq yezidiləri:"Biz artıq Bərzaniyə etibar etmirik, biz artıq taleyimizi kürdlərin əlinə verməyəcəyik" - Təhlil
15:56 / 23-08-2017
Ermənistan hərbçiləri aclıqdan hərbi hissələri özbaşına tərk edirlər
16:57 / 09-08-2017
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirir
13:28 / 06-06-2017
UNICEF: Mosulda 100 min uşaq təhlükəli vəziyyətdədir
13:21 / 06-06-2017
ABŞ keçirdiyi mükafatlandırma mərasimində şok : Türk zabit ABŞ-ın verdiyi medalı rədd etdi
20:59 / 12-05-2017
Türkiyə təhlükəsizlik qüvvələri İran və İraq vətəndaşı olan PKK terrorçularını məhv etdi
20:57 / 12-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya keçiriləcək
19:32 / 04-05-2017
Trump: "Şimali Koreya ilə böyük münaqişə mümkündür"
11:50 / 28-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya keçiriləcək
21:08 / 14-04-2017
"BAKI-TƏBRİZ-ANKARA KONFEDERATİV DÖVLƏTİ QURULMALIDIR!!!" - Yasəmən Qaraqoyunlu
22:59 / 01-04-2017